BMT: GÜRCÜ QAÇQINLAR ABXAZİYAYA QAYITMALIDIRLAR
AZƏRTAC xəbər verir ki, BMT Baş Məclisi mayın 15-də keçirilən geniş iclasında “Abxaziyadan olan köçkünlərin və qaçqınların statusu haqqında” qətnamə qəbul etmişdir. Sənəd gürcü qaçqınların tezliklə Abxaziyaya qayıtması və tanınmamış respublikanın etnik tərkibinin 1992-ci ildə Gürcüstan-Abxaziya münaqişəsi başlanmazdan əvvəlki vəziyyətinin bərpa olunmasına dair qrafikin tezliklə işlənib hazırlanmasına çağırır.
Rusiyanın, Ermənistanın və digər ölkələrin nümayəndə heyətləri Gürcüstanın təklif etdiyi layihənin əleyhinə səs vermişlər. Azərbaycan, ABŞ, Ukrayna və bir sıra digər ölkələr layihəni dəstəkləmişlər.
Sənəd həm də “BMT-nin bütün üzvlərini öz yurisdiksiyasında olan şəxslərə qayıdan şəxslərin (qaçqın və köçkünlərin) hüquqlarını pozmaqla Abxaziya ərazisində mülkiyyət almağı qadağan etməyə çağırır”. Bununla əlaqədar, qətnamədə Abxaziyadan “qaçıqınların və köçkünlərin şəxsi mülkiyyət hüququnun qorunmasının vacibliyi” vurğulanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]