DÜNYA
BMT-NİN BAŞ KATİBİ PAN Gİ MUN CAR-DA KEÇİRİLƏCƏK FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATININ AÇILIŞINDA İŞTİRAK EDƏCƏKDİR
Bakı, 5 may (AZƏRTAC). BMT-nin baş katibi Pan Gi Mun iyunun 11-də Afrikanın tarixində ilk dəfə keçiriləcək futbol üzrə dünya çempionatının açılışında iştirak edəcəkdir. BMT-nin Cənubi Afrika Respublikasındakı (CAR) nümayəndəliyindən verilən məlumata görə, Pan Gi Mun iyunun 8-də Afrika ölkələrinə səfərə çıxacaqdır.
BMT-nin baş katibi əvvəlcə CAR-da olacaq, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Afrika üçün müəyyənləşdirilmiş Minilliyin Məqsədləri Proqramının yerinə yetirilməsi gedişini müzakirə edəcək, sonra bir sıra Afrika ölkələrinə səfər edəcək və iyunun 11-də Yohannesburqun “Sokker-siti” stadionunda futbol üzrə dünya çempionatının rəsmi açılışı mərasiminə qatılacaqdır.