Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Forumun Bakı Bəyannaməsi qəbul olunub VİDEO

Bakı, 26 aprel, AZƏRTAC 

Aprelin 26-da BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası keçirilib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bu Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib. O, əminliklə qeyd edib ki, Bakı Forumunda müzakirə olunan məsələlər inklüziv cəmiyyətin təbliğində, ekstremizmə qarşı birgə mübarizədə mühüm addım olacaq. Biz bu Forumda gələcək fəaliyyətimizin əsas istiqamətlərini dəqiq müəyyənləşdirməli, zorakı ekstremizmə qarşı mübarizə ilə bağlı konkret fəaliyyət planları hazırlamalıyıq.

Azərbaycanın mədəniyyət və turizm naziri, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun təşkilat komitəsinin sədri Əbülfəs Qarayev bildirib ki, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan ekstremizmə qarşı fəal mübarizə aparır. Ölkəmizdə bütün dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Nazir Azərbaycan ilə UNAOC arasında səmərəli əməkdaşlığın inkişafında xidmətlərinə görə ali nümayəndə Əl-Nasirə təşəkkürünü bildirib. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini vurğulayan Əbülfəs Qarayev ölkəmizin dünyada tolerantlığa, multikulturalizmə böyük töhfə verdiyini qeyd edib. Nazir VII Qlobal Forumun dünyada nifrət nitqinə yox hərəkatına, multikulturalizmə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda olmaqdan məmnunluğunu vurğulayaraq tolerantlığa və qarşılıqlı anlaşmaya Azərbaycandan yaxşı nümunə tapmağın mümkün olmadığını deyərək burada məscidlərin, sinaqoqların, kilsələrin yanaşı fəaliyyət göstərdiyini diqqətə çatdırıb. M.Çavuşoğlu Azərbaycan ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkəmizin dünyada multikulturalizm və tolerantlığa mühüm töhfə verdiyini qeyd edib. O, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə əminliyini bildirərək Bakı Forumunda dünyanı narahat edən ən ciddi problemlərin həlli ilə bağlı mühüm çağırışların səsləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Türkiyənin xarici işlər naziri deyib ki, Sivilizasiyalar Alyansının imkanlarından istifadə edərək biz özümüzün fəaliyyət planımıza uyğun olaraq digər platformalarla da əməkdaşlığımızı gücləndirməliyik. Bu təşəbbüsün həmtəsisçisi olaraq, qarşılıqlı anlaşmaya inamımız sarsılmazdır.

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqallo qeyd edib ki, biz zorakı ekstremizmə qarşı fəaliyyətimizi daha da gücləndirməli, münaqişələrin həll olunması istiqamətində durmadan çalışmalı, müxtəlif icmalar, dinlər arasında münasibətlərə yenidən baxmalı, gənclərin təhsil almalarına diqqət yetirməliyik. Unutmamalıyıq ki, bu prosesdə KİV-lərin də rolu böyükdür.

Sonra Forumun Bakı Bəyannaməsi qəbul olunub və iclas ümumi müzakirələrlə davam etdirilib.

Malta Prezidenti xanım Mari-Luiz Koleyro Preka çıxışında deyib ki, bu Forum özünün sülh, davamlı inkişaf hədəflərini açıq şəkildə ortaya qoyur. Bu, bizim hamılıqla qəbul etdiyimiz Bəyannamədə də öz əksini tapıb. Cəmiyyətlərdə sülh mədəniyyətinin formalaşması üçün Alyansın üzərinə böyük məsuliyyət düşür. Biz liderlərin üzərinə düşən ən önəmli məsələlərdən biri gələcək nəsil üçün daha gözəl həyat miras qoymaqdır. Buna görə də biz müharibələrə, nifrətə qalib gəlmək və cəmiyyətləri sülhə gətirmək üçün nələr etməli olduğumuzu müəyyənləşdirməliyik. Bütün dünya bu məqsəd altında birləşməlidir. Ancaq çiyin-çiyinə çalışmaqla, insan haqları prinsiplərini rəhbər tutmaqla səmərəli fəaliyyətə nail ola bilərik.

Qazaxıstan parlamenti Senatının sədri Kassim-Jomart Tokayev mühüm məsələlərin müzakirə olunduğu BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. XXI əsrdə bəşəriyyətin təhlükələrlə üzləşdiyini vurğulayan spiker Qazaxıstanın nüvə silahlarından imtina edilməsinin, sülhün beynəlxalq ədalət və inkişaf prinsiplərinin bərqərar olunmasının tərəfdarı olduğunu qeyd edib. Bildirib ki, biz insanların bir mövqedən çıxış etməsinin tərəfdarıyıq. Sülhün bərqərar olması üçün beynəlxalq əməkdaşlıq təşviq edilməlidir.

Belarus Milli Məclisinin sədri Mixail Myasnikoviç bildirib ki, Qlobal Forum düşüncələrimizi bölüşmək baxımından əlverişli platformadır. Müxtəlif mədəniyyətlərin, tolerantlığın təbliği baxımından Forumun əhəmiyyətini yüksək qiymətləndirən M.Myasnikoviç deyib ki, bu tədbiri daha əhəmiyyətli edən gənclərin görüşlərinin keçirilməsidir. Belarus dost ölkələrlə münasibətləri qorumaqla onların problemlərinin həllində iştirak edir. Biz təklif edirik ki, parlamentlərarası əlaqələr güclənsin və xalqlarımıza xidmət edək.

O qeyd edib ki, tolerantlığın və qarşılıqlı anlaşmanın təmin olunması üçün ölkələr və xalqlar arasında əməkdaşlığı, dostluğu inkişaf etdirmək mühüm əhəmiyyətə malikdir.

Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdallah Al Mahmud VII Qlobal Forumun Bakıda yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırıb. O, Sivilizasiyalar Alyansının Qlobal forumlarının mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsi baxımından mühüm platforma olduğunu qeyd edib.

Ahmed bin Abdallah Al Mahmud bildirib ki, Qətər Dövləti zorakılığı birmənalı olaraq rədd edir. Qətərin 2030-cu ilədək davamlı inkişaf üçün strategiyasında da qeyd edildiyi kimi, məqsədimiz dözümlülüyün, konstruktiv dialoqun beynəlxalq və milli səviyyələrdə təşəkkül tapmasıdır. Çünki biz məhz bu yolla inklüziv cəmiyyəti formalaşdıra bilərik.

İran İslam Respublikasının vitse-prezidenti Masoud Soltanifar Forumu yüksək səviyyədə təşkil etdiyinə və qonaqpərvərliyə görə ev sahibi Azərbaycan xalqına və Hökumətinə dərin təşəkkürünü bildirib. M.Soltanifar qarşıda duran problemləri həll etmək üçün birgə əməkdaşlığın və həmin problemlərin dərindən öyrənilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. İranın BMT çərçivəsində fəal təşəbbüskarlığı ilə seçilərək bir sıra konvensiyaların hazırlanmasında iştirak etdiyini vurğulayan vitse-prezident mədəniyyətlərarası dialoqun təkcə dövlətlər və nümayəndə heyətləri arasında deyil, əsasən cəmiyyətlər, xalqlar, o cümlədən gənclər, tələbələr arasında aparılmasının önəmini diqqətə çatdırıb. Dünyada zorakı ekstremizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini birləşdirmək çağırışı ilə çıxış etdiyini deyən M.Soltanifar bildirib ki, terrorçuluq siyasi və coğrafi sərhədlər tanımır və onun qurbanları əsasən mülki insanlar olurlar.

Bruney Darussalam Dövlətinin xarici işlər naziri Jok Senq Lim bildirib ki, bizim Şərq ilə Qərbin qovuşuğunda yerləşən füsunkar Bakı şəhərində bir araya gəlməyimiz çox gözəl rəmzi məna daşıyır. Burada müzakirə etdiyimiz mövzu bütün insanları və təbəqələri narahat edən məsələlərin həll edilməsidir. Dünya bu gün görünməmiş təhlükələrlə üzləşib. Biz buna görə fəaliyyətimizi elə qurmalıyıq ki, hər hansı bir xalqı və dövləti terrorçuluqla bağlamayaq. Bu prosesdə biz gənclərin əməkdaşlığı üçün daha yüksək şərait yaratmalı, medianın məsuliyyətli davranaraq qeyri-dəqiq informasiyalar yaymaq cəhdlərinin qarşısını almalıyıq.

Bruneydə tarix boyu cəmiyyətin bütün üzvlərinin sülh və əmin-amanlıq şəraitində yaşadığını qeyd edən Jok Senq Lim ölkəsinin zəngin təcrübəsini bölüşməyə hazır olduğunu deyib. Bu gün dünyada qaçqın və məcburi köçkünlərin sayı sürətlə artır. Buna görə də bu məsələ bütün tədbirlərdə əsas müzakirə mövzusu olmalıdır. Bruneyin xarici işlər naziri Bakı Bəyannaməsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, müxtəlif mədəniyyətlərin mövcud olduğu cəmiyyətdə birgə yaşamağın yolları geniş təbliğ olunmalıdır. Biz istəyirik ki, miqrantlar inteqrasiya olduqları cəmiyyətin həyatında önəmli yer tutsunlar.

Qırğızıstanın mədəniyyət və turizm naziri Altınbek Maksutov yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını bildirib. Qeyd edib ki, Qırğızıstan UNAOC-un münaqişələrin, nifrətin qarşısının alınması yolunda işini dəstəkləyir. Alyansın məqsədlərindən biri də müxtəlif dinlərin, irqlərin nümayəndələrinin birgə yaşaması işinə töhfə verməkdir. Bu gün dünyamızda mövcud olan problemlər bir daha göstərir ki, Alyansın qarşısına qoyduğu məsələlər qlobal əhəmiyyət daşıyır və həlli vacibdir. Qırğızıstan mədəniyyətlərarası dialoqu hər zaman dəstəkləyir və onun təmin olunmasına töhfə verməyə hazırdır.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri deyib ki, burada toplanmaqda məqsəd qlobal dünyanın formalaşması istiqamətində fəaliyyətimizi müəyyən etməkdir.  Bu gün sivilizasiyalararası dialoqun heç bir alternativi yoxdur. Bizim qarşımızda bir sıra çağırışlar var. Buna görə də biz birləşməliyik və sivilizasiyalararası əlaqələri gücləndirməliyik. Biz istərdik ki, ümumi dəyərlərimizə zidd olan meyillər aradan qaldırılsın. Yalnız bundan sonra xalqlarımız sülh şəraitində yaşaya bilər.

ISESCO-nun baş direktoru deyib ki, biz erməni işğalına qarşı da həmrəylik nümayiş etdiririk. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsi zəruridir. Biz beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını və ona əməl olunmasını tələb edirik.

Malayziyanın xarici işlər naziri Anifah bin Aman bildirib ki, inklüziv cəmiyyət qurmaq üçün hər bir insan digər mədəniyyətlərə də hörmətlə yanaşmalıdır. Azərbaycan Hökumətinin mədəniyyətlər və dinlər arasında dialoqa töhfələrini yüksək qiymətləndirən Malayziyanın xarici işlər naziri bildirib ki, bəşəri dəyərləri qoruyaraq, qarşılıqlı hörmət və təhsilin inkişafı ilə inklüziv cəmiyyəti formalaşdıra bilərik. Təhsil məhz o baxımdan vacibdir ki, yalnız bu yolla insanlar digər cəmiyyətləri öyrənə və hörmət edə bilər. Ekstremist və radikal qrupların məhz etnik, dini, mədəni fərqlərdən istifadə edərək fəaliyyətlərini genişləndirdiklərini diqqətə çatdıran Anifah bin Aman bu meyillərin qarşısını almaq üçün sosial şəbəkə, media, qarşılıqlı əməkdaşlıq və s. imkanların önəmini qeyd edib.

Sudan Xarici İşlər Nazirliyinin dövlət naziri Obiedalla Obiedalla çıxışında ölkəsinin terrorizmdən, qaçqın problemindən əziyyət çəkdiyini vurğulayıb. O, Sudanın beynəlxalq platformalarda daim zorakı ekstremizmə və terrorizmə qarşı qətiyyətli mövqe nümayiş etdirdiyini diqqətə çatdıraraq, bu istiqamətdə ölkəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Sudan təmsilçisi ekstremizmin qarşısının alınmasında gənclər üçün əlverişli şəraitin yaradılmasının, onların iş yerləri ilə təmin olunmasının vacibliyini qeyd edib.

Səudiyyə Ərəbistanı Krallığının informasiya və mədəniyyət naziri Adel Al Toraifi Azərbaycan xalqına və Prezidentinə bu tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edib. Bildirib ki, Səudiyyə Ərəbistanı bərabərliyin hamı üçün təmin edilməsi mövqeyindən çıxış edir. Ölkəsinin sülh üçün dialoqun, tolerantlığın təmin olunması ilə bağlı sabit siyasət yürütdüyünü vurğulayan Adel Al Toraifi deyib ki, ekstremizmin qarşısını almaq işində cəmiyyətin bütün üzvlərinin maraqları təmin edilməlidir. Yaxın Şərq bölgəsində artmaqda olan münaqişə və gərginliklərə diqqəti cəlb edən qonaq ölkəsinin bu məqsədlə beynəlxalq əməkdaşlığı genişləndirməyə çalışdığını, sülhün və tolerantlığın təbliğini dəstəkləyən Abdullah Fondunu təsis etdiyini bildirib.

İsveç Krallığının Xarici İşlər Nazirliyinin təmsilçisi Yoaxim Berqstrom qeyd edib ki, bu gün Yaxın Şərqdə, Avropada terror hadisələri, miqrant problemləri yaşanır. Biz BMT-nin təşəbbüslərini dəstəkləməli, zorakılığın, ekstremizmin qarşısının alınması istiqamətində fəaliyyətimizi gücləndirməliyik. Tarix boyu təhsil bizim cəmiyyətə yanaşmamızı dəyişən əsas amil olub. Düşünürük ki, cəmiyyətin bütün təbəqələri irqçilik, islamofobiya kimi amillərə qarşı birləşməlidir. Biz sona qədər siyasi fəaliyyətimizi əlaqələndirməklə bu məsələlərə qarşı birlikdə ciddi mübarizə aparmalıyıq. Bu işlərə məktəblərdən başlamalıyıq və heç bir uşaq, məktəb diqqətdən kənarda qalmamalıdır. Çünki məktəblər cəmiyyətləri bir yerdə cəmləşdirirlər.

Albaniya Respublikasının xarici işlər nazirinin müavini Halil Huseini bildirib ki, əsrlər boyu Albaniyada müxtəlif konfessiyaların nümayəndələri birgə yaşayıblar. Bu, bizim əsas zənginliyimizdir. Albaniyada müxtəlif mədəniyyətlərin nümayəndələri birgə yaşayırlar. Biz bu işə daha məsuliyyətli yanaşmalı və bu dəyərləri qorumalıyıq.

Kanadanın Türkiyə, Gürcüstan, Azərbaycan və Türkmənistan üzrə səfiri Con Holmes çıxışında bildirib ki, biz terrordan əziyyət çəkən insanların dərdinə şərik olmalı, terrorizmə, zorakılığa qarşı mübarizəni gücləndirməliyik. Heç bir hadisə bizi bu ümumi yoldan döndərə bilməz. C.Holmes bildirib ki, insan haqları yüksək səviyyədə təmin edilmədən, ayrı-seçkiliyi aradan qaldırmadan ümumi inkişafa nail olmaq mümkün deyil. Ona görə də bu prosesə qadınların, gənclərin cəlb olunması mühüm əhəmiyyət daşıyır. Kanadalı diplomat bildirib ki, bu istiqamətdə müəyyən layihələrin, proqramların həyata keçirilməsi işinə diqqət daha da artırılmalıdır.

Azərbaycanda şahidi olduğu yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən İndoneziya xarici işlər nazirinin müavini A.Façir zorakı ekstremizmə qarşı mübarizəyə ölkəsinin verdiyi töhfələrdən danışıb.

İtaliyanın mədəniyyət nazirinin müavini  Dorina Biançi ölkəsinin ekstremizmə, terrorçuluğa, məcburi miqrasiyaya, tarixi-mədəni irsin məhv edilməsinə qarşı aparılan mübarizənin ön sıralarında olduğunu vurğulayıb. O, İtaliyanın bu qüvvələrə qarşı mübarizədə bir mövqedən çıxış etmək üçün səylərin birləşdirilməsinə çalışdığını bildirib.

Estoniyanın Xarici İşlər Nazirliyinin katibi xanım Killike Sillaste-Ellin bildirib ki, ölkəsində inklüziv cəmiyyət üçün insan hüquq və azadlıqlarının qorunması, azad mətbuat, cəmiyyətin bütün təbəqələri üçün bərabər imkanların yaradılması və s. amillərin təmin edilməsinin vacibliyi diqqətdə saxlanılır. O, Estoniyanın UNAOC-un fəaliyyətini tam dəstəklədiyini vurğulayaraq, ölkəsinin bu sahədə əməkdaşlığa daim hazır olduğunu deyib.

Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi xanım Daniela Gitman bildirib ki, hazırda tarixdə görünməmiş miqrasiya prosesləri baş verir və zorakı ekstremizm sürətlə yayılır. Buna qarşı mübarizə aparmaq üçün etnik, dini, milli azlıqların bütün hüquqları təmin olunmalıdır. D.Gitman Rumıniyanın Bakı Bəyannaməsini dəstəklədiyini və UNAOC-un memorandumuna tərəfdar çıxdığını diqqətə çatdırıb.

Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibi İrtvan Mikola inklüziv cəmiyyətin qurulması üçün iqtisadi sabitliyin təmin edilməsinin, iş yerlərinin açılmasının, ədalət mühakiməsinə hamının çıxışının təmin edilməsinin, mədəni hüquqların qorunmasının mühüm önəm daşıdığını bildirib.

Latviya Xarici İşlər Nazirliyinin Avropa İttifaqı üzrə parlament katibi xanım Zanda Kalnina-Lukaşeviça insan hüquqlarını, mədəni müxtəlifliyin qorunmasını, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsini, təhsil üçün bərabər imkanların yaradılmasını zorakı ekstremizmə qarşı mübarizədə mühüm amillər kimi qeyd edib.

Sonra Braziliyanın Xarici Əlaqələr Nazirliyinin xarici işlər üzrə katibi Fernando Simas Maqalhaes, UNESCO baş katibinin təhsil məsələləri üzrə köməkçisi Qian Tanq, Fransa Xarici İşlər Nazirliyinin BMT və beynəlxalq təşkilatlarla iş üzrə direktor müavini Jan-Mari Sere-Şarlet, İslam Tarixi, İncəsənəti və Mədəniyyətini Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren, Misir xarici işlər nazirinin BMT ilə əməkdaşlıq üzrə müavini Əmr Əlcovaili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının nümayəndəsi Hon Silvio Shembri, Portuqaliya Xarici İşlər Nazirliyinin səfiri Fernando Araujo, Panamanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Roman Morales, Rusiya Xarici İşlər Nazirliyinin səfiri Konstantin Suvalov, Avropa İttifaqının nümayəndəsi Stefan Auer, Hollandiya Xarici İşlər Nazirliyinin səfiri Jan-Pol Dirkse zorakılığın, ekstremizmin, terrorizmin qarşısının alınması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyini bildiriblər. Çıxış edənlər Forumun önəmini yüksək qiymətləndirərək müzakirə olunan məsələlərin qarşıda duran problemlərin həlli baxımından qlobal əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Forumun Bakı Bəyannaməsi qəbul olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stomatoloq: Diş itirilməsinin səbəbinin 70 faizi parodont xəstəliklərlə əlaqəlidir

Nazir: Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var

Filippində denge qızdırması pik həddinə çatıb

Nazir: Uşaqların 85 faizindən çoxu bağçalara və məktəbəhazırlığa cəlb olunub

Azərbaycan Premyer Liqasına qayıdan komanda yeni qapıçı transfer edib

ABŞ-da seçicilərin 72 faizi Cozef Baydenin sağlam olmasına şübhə edir

11 yaşını qeyd edən Oxu.az yeni layihəyə hazırlaşır – REPORTAJ

Fransa parlamentinə seçkilərin ilk turunda “Milli birlik” partiyası qalib gəlib

Misir və Aİ 33 milyard dollarlıq investisiya müqavilələri imzalayıb

Azərbaycan Ordusunun zabiti vəfat edib

“Azərpoçt” 19-cu “ÜPİ Təsnifat Müsabiqəsi 2024”də iştirak edir

İspanlar kütləvi turist axınına etiraz edirlər

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

BDU-nun həmtəsisçisi olduğu jurnal 489 beynəlxalq nəşr arasında 6-cı yerdə olub

Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Ötən həftəsonu təhvil götürülən silah-sursatın sayı məlum olub

DİN: Son iki gündə 216 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Prezident İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan güləşçiləri xatirə turnirində beş medal qazanıblar

Prorektor: Sevindirici haldır ki, ADA Beynəlxalq Təhsil Konfransı çox dinamik və populyar platformaya çevrilib

Macarıstan Aİ Şurasının sədri oldu

Elm və təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Yens Stoltenberq NATO-nun Baş katibi postunda sonuncu müsahibəsini verib

Hərbi Tibb fakültəsində feldşerlərin buraxılış mərasimi olub

DİN: Ölkə ərazisində qeydə alınan 74 cinayətin üstü açılıb

Avro-2024: Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq

Türkiyə Azərbaycandan idxal edilən bəzi məhsullara gömrük rüsumunu azaldıb

BVF Qanada iqtisadi islahatlara dəstək üçün 360 milyon dollar ayırıb

“SOCAR Downstream Management” şirkətində görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib

"Asiya uşaqları" Oyunları: Azərbaycan atleti bürünc medal qazanıb

Dünya birjalarında neft bahalaşıb

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Şabranda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan dövləti Ukrayna Milli Uşaq Kitabxanasının təmirinə maliyyə yardımı ayırıb

İmişlidə qəza zamanı ata ölüb, övladı xəsarət alıb

Hacıqabulda yol qəzası olub, yaralılar var

Xızıda əməliyyat yolu ilə silah-sursat və çətənə kolları aşkarlanıb

NATO Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirəcək

Beynəlxalq münasibətlər sistemində daha səmərəli iştirakımız baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətlidir – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Çingiz Qənizadə: Azərbaycan polisi ictimai-siyasi sabitliyin qorunmasında və Vətənin müdafiəsində həmişə ayıq-sayıqdır

Amerika Kuboku: Ekvador millisi 1/4 finala yüksəlib

NATO-nun məsləhətçisi: Almaniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda böyük potensial görür – MÜSAHİBƏ

“Asiya uşaqları” Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb

Stoltenberq: Çin NATO-nun maraqlarına meydan oxuyur

Media: NATO üzvləri kəşfiyyat təyyarələri tərəfindən toplanmış məlumatları Ukrayna ilə paylaşır

Albaniyanın əhalisi son 13 ildə 14 faiz azalıb

Putin və Lukaşenko Astanada ŞƏT sammiti çərçivəsində görüşəcəklər

Media: ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını və digər hərbi texnikanı köçürüb

Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub VİDEO

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb