Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu işini birinci plenar iclasla davam etdirib VİDEO

Bakı, 26 aprel, AZƏRTAC

BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumu aprelin 26-da rəsmi açılış mərasimindən sonra işini “Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar” mövzusunda birinci plenar iclasla davam etdirib.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsinin sözçüsü və aparat rəhbəri xanım Nihal Saad son illər zorakı ekstremizmin və terrorizmin bəşəriyyəti narahat edən ən ciddi təhdidlərdən biri olduğunu vurğulayıb. O, plenar iclasda məhz bu istiqamətdə səmərəli müzakirələrin aparılacağına əminliyini diqqətə çatdırıb.

İspaniyanın sabiq baş naziri Xose Luis Rodrigez Sapatero özünün də ideya müəlliflərindən olduğu mədəniyyətlərarası dialoq təşəbbüsünün tarixindən danışıb. O, bu dialoqun digər təşəbbüsçüsü, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib. Xose Luis Rodrigez Sapatero radikal ekstremizmin qarşısının alınması üçün mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun, mədəniyyətin inkişaf etdirilməsinin, geniş maarifləndirmə işinin aparılmasının, təhsilin keyfiyyətinin və sosial rifahın yüksəldilməsinin əhəmiyyətini vurğulayıb.

Siyasi münaqişələrin həllində, həmçinin terrora qarşı mübarizədə hərbi yoldan istifadənin çox ciddi fəsadlar törətdiyini diqqətə çatdıran İspaniyanın sabiq baş naziri Suriya böhranını xatırladaraq bildirib ki, Avropa ölkələri bu böhranı həll etmək üçün hərbi yoldan istifadəyə üstünlük verdilər. Bu da milyonlarla insanın qaçqına çevrilməsi ilə nəticələndi. Həmin qaçqınların miqrasiyasından xilas olmaq üçün Avropa öz qapılarını onların üzünə bağladı ki, bu da ciddi ziddiyyət doğurur və gərginliyi daha da artırır. Sabiq baş nazir zorakı ekstremizmin və terrorizmin qarşısının alınması üçün mövcud münaqişələrin qısa zamanda həll olunmasının vacibliyini xüsusi qeyd edib.

Fransanın sabiq baş naziri və xarici işlər naziri Dominik de Villepin çıxışında cəmiyyətlərin və dövlətlərin zorakı ekstremizmə qarşı mübarizədə hələ istənilən nəticəyə nail ola bilmədiklərini diqqətə çatdırıb. Qeyd edib ki, bu mübarizədə qalib gəlmək üçün zorakı ekstremizmin əsl mahiyyəti dərindən öyrənilməlidir. Zorakı ekstremizmə qarşı mübarizə üsulu kimi adətən hərbi müdaxilə yolu seçilir. Bu da zorakı ekstremizmin qarşısını nəinki alır, hətta onun daha geniş yayılmasına və radikallaşmasına səbəb olur. O, son 10-15 ildə beynəlxalq miqyasda terrorizmin sürətlə yayılmasının əsas səbəbi kimi məhz həmin dövrdə terrorçuluğa qarşı ciddi hərbi əməliyyatların aparılmasını göstərib. Diqqətə çatdırılıb ki, zorakı ekstremizmin qarşısının alınması üçün fəal və qətiyyətli təşəbbüslər göstərilməli, geniş dialoq işi aparılmalı, təhsil inkişaf etdirilməli, korrupsiya halları aradan qaldırılmalıdır.

Dominik de Villepin zorakı ekstremizmə və terrorizmə qarşı qlobal miqyasda ciddi mübarizənin aparılmasının da önəmini vurğulayaraq, bu baxımdan beynəlxalq təşkilatların, xüsusən BMT-nin rolunun gücləndirilməsinin, onun sülhməramlı qüvvələrinin münaqişə zonalarına cəlb edilməsinin vacibliyini diqqətə çatdırıb.

BMT-nin Terror Əleyhinə Direktorluğunun icraçı direktoru Jan-Paul Laborde zorakı ekstremizmin qarşısının alınmasında, sülh və təhlükəsizliyin bərqərar olunmasında digər addımlarla yanaşı, gənclər arasında əməkdaşlığın genişləndirilməsinin, onların birgə layihələrdə iştirakının təmin edilməsinin də mühüm rol oynadığını qeyd edib. O, bu prosesdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin təşviq edilməsinin, xüsusən qadınların rolunun artırılmasının, həmçinin “Microsoft”, “Google” və s. nəhəng korporasiyalarla əməkdaşlıq edərək onların imkanlarından istifadə olunmasının əhəmiyyətini xüsusi vurğulayıb. BMT rəsmisi ötən gün VII Qlobal Forumun Gənclər Forumunda dünyanın nüfuzlu gənclər təşkilatlarının nümayəndələrinin səmərəli müzakirələr apararaq, sülhün və əməkdaşlığın təşviqi ilə bağlı mühüm mesajlar verməsini sağlam gələcəyə doğru atılan qətiyyətli addım kimi qiymətləndirib.

Jan-Paul Laborde bildirib ki, zorakı ekstremizmin dinlə heç bir əlaqəsinin olmadığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqla insanların narahatlığının qarşısını ala və bu istiqamətdə aparılan maarifləndirmə işinə mühüm töhfə verə bilərik.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov növbəti gün BMT baş katibinin “Terrorizmə qarşı birləşmək: qlobal terrorizmlə mübarizə strategiyası üçün tövsiyələr” adlı sənədi təqdim etməsinin on ilinin tamam olacağını diqqətə çatdıraraq bildirib ki, biz həmin sənədə nəzər saldıqda əsas ideyalarla “Zorakı ekstremizmin qarşısının alınması üzrə Fəaliyyət Planı”na dair hesabatdakı fikirlərin üst-üstə düşdüyünü görürük. Onların əksəriyyəti eyni məzmun daşıdığından bu qənaətə gəlmək olar ki, biz bəlkə də bu gün təsəvvür etdiyimizdən də geniş yayılmış zorakı ekstremizmin köklərini dərindən araşdıra bilməmişik. Yerli və regional problemlərlə birləşən Suriya, İraq və Liviyadakı proseslər 11 sentyabr hadisələrindən sonrakı dövrdə regiona xarici müdaxilələrin nəticələridir. Bəzi beynəlxalq aktorlar nəcib məqsədlərə malik olsalar da, yanlış strategiya yürüdüblər. Nəticədə beynəlxalq sistemin fundamental norma və prinsipləri sarsılıb.

“Biz bu barədə xəbərdarlıq etmişik. Biz bunu iyirmi ildən çoxdur ki, edirik. Çünki biz bununla qarşılaşmışıq. Yalnız qabaqcadan görə bilmədiyimiz məsələ onun yayıla biləcəyi konkret coğrafiya olub”, - deyən E.Məmmədyarov bildirib ki, 21 il bundan əvvəl ABŞ Dövlət Departamentinin nəşr etdiyi “Qlobal terrorizm nümunələri” adlı sənəddə vurğulanıb ki, keçmiş Sovet İttifaqı ölkələrində etnik gərginliklər Qafqaz və Baltikyanı respublikalarda terrorizm aktlarına rəvac verir. Sənəddə, həmçinin göstərilib ki, Moskvada həbs olunan bəzi erməni xüsusi xidmət orqanları əməkdaşları 45 nəfərin ölümü və ən azı 130 nəfərin yaralanması ilə nəticələnən Bakı metrosunda, eləcə də Rusiya və Azərbaycandakı qatarlarda bomba partladılmasında iştirakda ittiham olunublar.

“Mənim ölkəm etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm və terrorizmin metamorfozu və simbiozundan əziyyət çəkmişdir. Buna görə mən Fəaliyyət Planı ilə tam razıyam ki, “Uzadılmış və həll olunmamış münaqişələr zorakı ekstremizm üçün əlverişli zəmin yaradır, təkcə münaqişənin özünün doğurduğu əzab və idarəçiliyin olmaması səbəbindən deyil, həmçinin ona görə ki, belə münaqişələr dəstək əldə etmək, ərazi və resurslar qəsb etmək, əhaliyə nəzarət etmək məqsədilə ekstremist qruplara dərin köklü narazılıqlar yaratmağa imkan verir. Bu səbəbdən Ermənistan tərəfindən sonuncu atəşkəsin pozulması dövründə ASALA terrorçularının işğal olunmuş ərazilərimizdə görünməsinə təəccüblənmirik”, - deyə Azərbaycanın xarici işlər naziri diqqətə çatdırıb.

Elmar Məmmədyarov deyib ki, həmin vaxt beynəlxalq ictimaiyyət bizi dinləyərək, universal norma və prinsiplərə əsaslanaraq, zorakı ekstremizm və onun bütün forma və təzahürlərini dayandırmaq üçün ciddi addımlar atsaydı, bu gün bu domino effektini büdrətmək və bu fenomen ilə məşğul olmaq üçün daha yaxşı vəziyyətdə olardıq.

Bu baxımdan beynəlxalq hüququn norma və prinsiplərinin gücləndirilməsinin, habelə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan nazir bildirib ki, BMT yeganə universal təşkilat kimi aparıcı olmalıdır. Lakin digər təşkilatların da həyata keçirməli olduqları rollar var. Elmar Məmmədyarov İstanbulda keçirilmiş son Sammitdə İslam Əməkdaşlıq Təşkilatının zorakı ekstremizmin qarşısının alınmasına dair Plana dəstəyini bir daha ifadə etdiyini və bu xüsusda üzv dövlətlərin ekstremizm, zorakılıq, məzhəbçilik və təfriqəçiliyi rədd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, İƏT, həmçinin zorakı ekstremizmin səbəblərinə hərtərəfli formada baxılmanın əhəmiyyətini təsdiq edib. O, eləcə də terrorizm və ekstremizmə qarşı mübarizə aparmaq üçün hərtərəfli İslam strategiyasının qəbul edilməsinin zəruriliyini vurğulayıb. Bu, digər beynəlxalq təşkilatlar və formatların fəaliyyət göstərmək və bir-biriləri ilə əlaqədə olması üçün ən doğru yoldur.

Elmar Məmmədyarov deyib ki, diplomatik səylər birgə ciddi və davamlı tədqiqata və akademik institutlar, həmçinin intellektual və dövlət orqanları üçün təşkil olunan qlobal forumlar arasında əməkdaşlığa əsaslanmalıdır. Azərbaycandakı “beyin mərkəzləri” bu sahədə geniş biliyə və təcrübəyə malikdirlər. Ölkəmizdə keçirilən illik qlobal humanitar, mədəniyyətlərarası, gənclər və genderlə bağlı forumlar zorakı ekstremizm ilə mübarizə aparmaq üçün bizim töhfəmizdir və biz əməkdaşlığımızı bölüşməyə və müzakirə etməyə hazırıq.

Zorakı ekstremizmə qarşı mübarizədə davamlı inkişafın prioritet olmasının vacibliyini diqqətə çatdıran Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri düzgün təhsil, sosial-iqtisadi irəliləyiş və gender bərabərliyi olmadan bütün səylərin iflasa məhkum olduğunu qeyd edərək deyib: “Azərbaycanda biz bunu müstəqilliyimizin ilk illərindən anladıq. Dövlət siyasətinin nəticəsi olaraq, son on ildə yoxsulluq səviyyəsi 50 faizdən azalaraq 5 faizdən də aşağıya düşüb və işsizlik səviyyəsi 5 faizdən azdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası zorakı ekstremizmin qarşısının alınması üçün Milli Fəaliyyət planlarının çox elementini artıq özündə ehtiva edib. Bu Konsepsiya əhalini yüksək keyfiyyətli tibbi təminat, təhsil xidmətləri ilə təmin etmək, müasir təhsil sistemi yaratmaq və sosial müdafiə sistemini müasirləşdirmək, həmçinin gender bərabərliyi və ailələrin inkişaf etdirilməsi məqsədi daşıyır.

Nazir deyib: “Biz, həmçinin davamlı inkişafın tərkib hissəsi kimi strateji regional əməkdaşlığı təşviq edirik. Azərbaycan Xəzər regionunu dünya ilə birləşdirən enerji və nəqliyyat layihələrinin mərkəzində yerləşir. Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının tamamlanması təkcə yaxın qonşularımız deyil, Əfqanıstanda da inkişafın xeyrinə olacaq. Bu ölkədə beynəlxalq ictimaiyyətin 15 illik təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri müsbət nəticələr verib, eyni zamanda, o qənaəti gücləndirib ki, düzgün inkişaf və sosial-iqtisadi imkanlar olmadan zorakı ekstremizmi dəf etmək davamlı olmayacaq”.

Elmar Məmmədyarov çıxışının sonunda tədbir iştirakçılarına deyib: “Siz tarixən tolerantlığı, multikultural cəmiyyəti və dünyəvi idarəçiliyi ilə məşhur olan bir ölkədəsiniz. 2016-cı il Prezident tərəfindən Azərbaycanda “Multikulturalizm İli” elan olunub. Nümunə ilə yol göstərmək ən yaxşı yoldur. Biz öz nümunələrimizi bölüşmək və həmçinin sizin təcrübələrinizdən də öyrənmək istəyirik”.

Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Dezir çıxışında son illərdə ciddi təhdidə çevrilən zorakı ekstremizmə qarşı mübarizə aparılması üçün həyata keçirilməsi zəruri olan tədbirlərdən danışıb. O vurğulayıb ki, bu baxımdan ümumbəşəri dəyərlərin müxtəlifliyini, sivilizasiyaların dünyaya verdiyi töhfələri qəbul etməli, bəşəri dəyərləri paylaşmalıyıq. Heç bir ölkə dünyanın hər hansı bir nöqtəsində baş verən böhrandan, problemdən sığortalanmayıb. Bu yaxınlarda Avropada baş verən terror aktları buna əyani sübutdur. Buna görə də zorakı ekstremizmə və terrora qarşı mübarizə aparmaq üçün qlobal miqyasda səyləri birləşdirmək və qətiyyətli addımlar atmaq lazımdır.

Çıxışlardan sonra mövzuya dair müzakirələr aparılıb.

BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu işini birinci plenar iclasla davam etdirib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Almatıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparılıb

Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Probasiya nəzarətində olan 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb

Müdafiə naziri: Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib

Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

Jan Perrən: Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi VİDEO

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri başa çatıb

Tanınmış futbolçuların komandası 21 ildən sonra A Seriyasına yüksəlib

Azərbaycanın Orta Dəhlizin Qafqazdakı, Bolqarıstanın isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır - ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib

Estoniya mediası: Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzidir

“Sabah”ın baş məşqçisi: Yerli basketbolçularımızın diskvalifikasiyası bizə problem yaradacaq

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib

Muxtar Babayev İslamabadda Azərbaycan parkını ziyarət edib

Bu gün tanınmış rəssam Eldar Zeynalovun xatirə günüdür