BMT YANINDA DİNLƏRARASI MƏSLƏHƏT ŞURASI YARADILACAQ
AZƏRTAC xəbər verir ki, aprelin 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Moskvaya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirmişdir ki, aprelin 9-10-da Rusiya paytaxtında Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi, BMT-nin Baş katibi Pan Gi Mun, habelə Smolensk və Kalininqradın mitropoliti Kirill ilə görüşlər keçirmişdir.
A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını II Aleksiyə çatdırmış, onu ölkəmizə səfərə dəvət etmişdir.
Şeyxülislam dini konfessiya başçılarının növbəti zirvə görüşünü 2009-cu ildə Bakıda keçirmək təklifinə görə Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksiyə təşəkkürünü bildirərək, onun MDB Dinlərarası Sülhməramlı Forumunun həmsədri kimi fəaliyyətini yüksək qiymətləndirmişdir.
Aprelin 10-da Moskva patriarxının Müqəddəs Danilov monastrındakı iqamətgahında BMT-nin Baş katibi Pan Gi Munun bir sıra ölkələrin dini liderləri ilə görüşü olmuşdur.
BMT-nin Baş katibi MDB Dinlərarası Sülhməramlı Forumun həmsədri, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin BMT yanında Dinlərarası Məsləhət Şurasının yaradılması təklifini böyük maraqla qarşılamışdır. Şura konfessiyalararası dialoqda mühüm rol oynayacaq, “Sivilizasiyaların alyansı”nın fəaliyyətinə kömək edəcəkdir.
A.Paşazadə yaxın vaxtlarda Səudiyyə Ərəbistanına gözlənilən səfərindən danışmış, jurnalistlərin suallarına cavab vermişdir.

MÜƏLLİFLƏ ƏLAQƏ
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]