DÜNYA
BMW konserni Rusiyada avtomobillər istehsalını dayandırdığını elan edib
![BMW konserni Rusiyada avtomobillər istehsalını dayandırdığını elan edib](/files/2022/1/1200x630/16462200495961043305_1200x630.jpg)
Moskva, 2 mart, AZƏRTAC
Almaniyanın avtomobil istehsal edən BMW konserni Rusiyada avtomobillər istehsalının dayandırıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, bu konsern Ukraynada hərbi əməliyyatlarla əlaqədar Rusiyanın Kalininqrad şəhərindəki “Avtotor” zavodunda avtomobil istehsalını dayandırır və Rusiya bazarına avtomobillər göndərilməsinə xitam verir.
Son günlərdə Rusiya bazarına avtomobil göndərilməsini dayandıran təkcə BMW konserni olmayıb. Bundan əvvəl “Jaguar - Land Rover” (JLR) alyansı, həmçinin “Audi”, “Skoda”, “Volkswagen”, “Bentley”, “Lamborghini” və “Ducati” brendlərinin daxil olduğu “Volkswagen” konserni də Rusiyaya yeni avtomobillər göndərilməsini dayandırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva