Azərbaycan Dövlət İnformasiya Agentliyi

Boy artımına müsbət təsir edən qidalar

Boy artımına müsbət təsir edən qidalar

Bakı, 2 dekabr, AZƏRTAC

Boy hormonunun defisiti uşaqlar arasında geniş yayılmış hipofiz vəzinin hormon çatışmazlığıdır. Qeyd edək ki, boy hormonunun defisiti ayrıca izolə olunmuş şəkildə və ya hipofizin digər hormonlarının çatışmazlığı ilə birlikdə rast gəlinə bilər. Adətən boy hormonunun çatışmazlığı uşaqlarda bədən üzvlərinin normal inkişafı şəraitində böyümə sürətinin anormal dərəcədə azalması ilə xarakterizə olunur. Boy hormonunun defisiti böyümə prosesini pozmaqla yanaşı, uşaqlarda həm də dişlərin inkişafını, yeniyetmələrdə isə cinsi yetişkənlik prosesini ləngidir. Bədən kütləsinin artması ilə boy arasında uyğunsuzluq yarana bilər ki, bu da piylənməyə səbəb olur.

Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşlarının AZƏRTAC-a ünvanladığı elmi məqalədə qeyd edilir ki, boy artımı genetik faktorlarla əlaqəli olsa da, boy hormonunun sintezində sağlam qidalanma olduqca əhəmiyyətlidir. Belə ki, sağlam qidalanma boy hormonunun ifrazını optimallaşdırır və nəticədə orqanizmdə piy və insulin səviyyəsini tənzimləyir. Bəzi qida məhsulları isə birbaşa boy hormonunun sekresiyasına təsir göstərir. Xüsusilə də melatoninlə zəngin qida məhsullarının istehlakı tövsiyə olunur. Həmin qida məhsullarına yumurta, balıq, xardal toxumu, pomidor, çərəzlər, üzüm, nar və moruq aiddir. Digər tədqiqatlar nəticəsində müəyyən edilib ki, triptofanla zəngin qidalar da boy hormonunun səviyyəsini artırır. Triptofanla zəngin qida məhsullarına isə yumurta, süd, taxıl, lobya, ət və s. daxildir.

Beləliklə, qidalanma amili də böyüməni təmin edən əsas faktorlardandır. Ona görə də sağlam böyümə və inkişaf üçün mühüm rol oynayan qidalı maddələrlə zəngin olan məhsulların istehlakı zəruridir. Müəyyən bir dövrdən sonra boy artımı prosesi dayansa da, bəzi qida məhsulları boyu normal həddə saxlayır, eləcə də sümük və damarların sağlamlığını qoruyur. Məsələn, zülal sağlam inkişaf prosesində açar rolu oynayır. Kalsium, D vitamini, maqnezium və fosfor kimi digər qidalı mikroelementlər də sümüklərin sağlamlığını təmin edir və böyümə prosesində həlledici rol oynayır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, fermentləşdirilmiş məhsullarda rast gəlinən və faydalı bakteriyaları özündə cəmləşdirən probiotiklər də uşaqlarda boy artımını sürətləndirə bilər.

Böyümə, boy artımına müsbət təsir edən bir sıra əsas qida məhsulları var:

Lobya çox qidalı məhsul olub, əsas zülal mənbəyi hesab edilir. Sübut edilib ki, zülal uşaqlarda böyüməni tənzimləyən əhəmiyyətli bir hormon olan insulinə bənzər böyümə faktoru 1 (IGF-1) səviyyəsini artırır. Lobya dəmir və B vitamini ilə də zəngindir. Qeyd edək ki, dəmir çatışmazlığı ilə xarakterizə olunan anemiya uşaqlarda boy artımını ləngidə bilir.

Toyuq əti zülal və digər faydalı maddələrlə zəngindir. Həmçinin tərkibində böyümə və inkişaf üçün zəruri sayılan suda həll olan B12 vitamini də ehtiva edir. Toyuq əti taurin, aminturşu ilə də zəngindir, sümüklərin formalaşmasının və inkişafının tənzimlənməsində olduqca faydalıdır.

Badam boy üçün vacib olan vitamin və minerallarla zəngindir. Bir çox faydalı yağlardan başqa, çoxlu miqdarda manqan və maqneziuma da malikdir. Badamın tərkibi antioksidant təsirə malik yağda həll olan E vitamini ilə də zəngindir. Qeyd edək ki, həmin vitaminin çatışmazlığı uşaqlarda boy artımında ləngiməyə səbəb olur. Badam sümüklərin sağlamlığı üçün çox faydalıdır. Müəyyən edilib ki, badam istehlakı sümük toxumasını dağıdan osteoklast hüceyrələrinin əmələ gəlməsini inhibirləşdirir.

Yarpaqlı tərəvəzlər - ispanaq, kələm kimi tərəvəz bitkilərinin tərkibi C vitamini, kalsium, dəmir, maqnezium və kaliumla zəngindir. Xüsusilə də kalium sümük sıxlığını artıraraq, boy artımı prosesini tənzimləyir. Hətta 103 nəfər qadının iştirakı ilə aparılmış tədqiqat işində müəyyən edilib ki, yarpaqlı tərəvəz istehlak edən qadınlarda sümük kütləsinin azalma riski daha azdır.

Yoğurt boy üçün vacib bir neçə komponenti özündə birləşdirən, o cümlədən faydalı bakteriya növlərindən biri olan probiotiklərlə zəngindir. Sübut edilib ki, probiotiklər yalnız bağırsaq funksiyası və immun sistemi üçün faydalı deyil, həm də uşaqlarda boy artımı prosesinə də stimul verir. Yoğurt sümükdə metabolizm prosesində iştirak edən kalsium, maqnezium, fosfor və kaliumla da zəngindir.

Şirin kartof A vitamini ilə olduqca zəngindir. Onunla qidalanmaq sümüklərin sağlamlığı üçün çox faydalıdır və boy artımını tənzimləyir. Lif tərkibli olduğuna görə həzm sisteminin sağlamlığına təsir edir və nəticədə faydalı bağırsaq bakteriyalarının inkişafına səbəb olur. Bağırsağın sağlam mikrobiomunun tənzimlənməsi isə qida maddələrinin sorulması prosesini yaxşılaşdırır ki, bu da böyümə və inkişaf üçün əhəmiyyətli olan mineral və vitaminlərin mənimsənilməsi üçün vacib amildir.

Kinoa toxumu orqanizm üçün vacib olan doqquz əvəzedilməz aminturşuları ehtiva edir. Həmçinin sümüklərin mineral tərkibi üçün faydalı olan maqneziumla zəngindir. Manqan, fol turşusu və fosfor ehtiva etdiyindən sümüklərin sağlamlığı baxımından da faydalı hesab edilir.

Yumurta böyümə üçün vacib sayılan bir çox vitamin və minerallar və zülallarla zəngindir. Yumurtanın tərkibində olan D vitamini kalsiumun mənimsənilməsini sürətləndirir və skeletin sağlamlığını təmin edir. Tədqiqatlar nəticəsində məlum olub ki, 6 ay müddətində qida rasionuna az miqdarda əlavə edilmiş D vitamini uşaqlarda böyümə prosesini sürətləndirib. 874 nəfər uşağın iştirakı ilə aparılmış digər tədqiqatda sübuta yetirilib ki, yumurtanın mütəmadi istehlakı aylıq boy artımına öz təsirini göstərir.

Giləmeyvələr - qaragilə, çiyələk, moruq və böyürtkən kimi giləmeyvələr bir sıra qidalı maddələrlə, K vitamini, lif, manqan, eləcə də hüceyrələrin böyüməsi və bərpasını tənzimləyən C vitamini ilə zəngindir. C vitamini orqanizmdə kollagen sintezini də artırır. Sübuta yetirilib ki, kollagen sümüklərin sıxlığını artırır və sümüklərin sağlamlığında mühüm rol oynayır. Bu da boy artımı prosesinə müsbət təsir göstərir.

Qızılbalıq selen, kalium, B vitamini və Omeqa-3 yağ turşuları ilə zəngin yağlı balıq növlərindən biri kimi böyümə və inkişaf prosesində əvəzedilməz rol oynayır. Tədqiqat nəticələrinə əsasən, Omeqa-3 yağ turşuları sümüklərin sağlamlığında mühüm rol oynayır və maksimal böyümə üçün sümük toxumasının yenilənməsini tənzimləyir. Omeqa-3 yağ turşularının azlığı uşaqlarda yuxu problemləri riskini artırır və bu da bilavasitə boy artımına mənfi təsir göstərir. Qeyd edək ki, yaxşı gecə yuxusu boy hormonunun sintezini aktivləşdirən vacib amillərdəndir.

Süd tərkibində sümüklərin sağlamlığı üçün əvəzedilməz olan kalsium, fosfor, maqnezium kimi minerallara malik olduqca faydalı məhsullardan biridir. Süd zülallarla da zəngindir. Belə ki, 1 stəkan (244 ml) südün tərkibində 8 qram qidalı maddələr var. Tədqiqatlar göstərir ki, inək südü uşaqlarda böyümə prosesini sürətləndirir, həmçinin əzələ kütləsini artırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO