SİYASƏT
Böyük Britaniya parlamentinin deputatı: Azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır
![Böyük Britaniya parlamentinin deputatı: Azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır](/files/2013/3/1200x630/1407145060385061611_1200x630.jpg)
Bakı, 23 oktyabr (AZƏRTAC). Azərbaycanda bir milyondan artıq məcburi köçkün vardır və mən ölkəyə səfərim zamanı bunun şahidi olmuşam. Bu insanların doğma yurdlarına qayıtmaları beynəlxalq ictimaiyyət üçün prioritet olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya parlamentinin Leyboristlər Partiyasından üzvü Jerri Sutkliff Avropa Azərbaycan Cəmiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında bildirmişdir.
J.Sutkliff demişdir ki, 20 ildən artıqdır Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həlli üçün səy göstərilməlidir.