Bu gün Astanada Orta Asiya ölkələri başçılarının görüşü keçiriləcək
Astana, 15 mart, АZƏRTAC
Bu gün Qazaxıstanın paytaxtı Astanada Orta Asiya ölkələri başçılarının görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 13 ildən sonra ilk dəfə keçirilən görüşdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Məclisinin sədri Akca Nurberdiyeva iştirak edəcəklər.
Görüşdə dövlətlər arasında investisiya layihələri, regional təhlükəsizlik, ticari-iqtisadi münasibətlər, mədəniyyət mübadiləsi məsələləri müzakirə olunacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]