CƏMİYYƏT
Bu ilin 6 ayında sosial müavinətlər üzrə 24, Prezident təqaüdləri üzrə 21 faiz çox vəsait ödənilib
![Bu ilin 6 ayında sosial müavinətlər üzrə 24, Prezident təqaüdləri üzrə 21 faiz çox vəsait ödənilib](/files/2023/2/1200x630/16896807142138247804_1200x630.jpg)
Bakı, 18 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-iyun aylarında 450 min nəfərə sosial müavinət, 373 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 493 milyon manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 320 milyon manat ödənilib.
Son 6 ayda 68 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 497 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]