CƏMİYYƏT
Bu ilin birinci rübündə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı Mərkəzinə 24 mindən çox zəng daxil olub
Bakı, 12 aprel, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 - Çağrı Mərkəzinə bu ilin birinci rübü ərzində 24 min 253 zəng daxil olub. Onlardan 22 min 120-si Azərbaycan dilində, 1965-i rus dilində, 168-i isə ingilis dilində cavablandırılıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, qəbul edilən zənglərin 6834-ü müvəqqəti yaşama icazəsi, 5563-ü müvəqqəti olma müddətinin uzadılması, 1638-i vətəndaşlıq məsələləri, 1468-i olduğu yer üzrə qeydiyyat, 1504-ü daimi yaşama icazəsi, 1598-i iş icazəsi, 5648-i isə digər məsələlərlə bağlı olub.