Budapeştin Şərq vağzalı fəaliyyətini bərpa edib
Budapeşt, 27 may, AZƏRTAC
Texniki yenidənqurma ilə bağlı olaraq, ikigünlük fasilədən sonra Macarıstan paytaxtındakı “Keleti” Şərq vağzalı uzaq məsafələrə gedən qatarların qəbulu və göndərilməsi üçün yenidən işə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Dövlət Dəmir Yolu Şirkətinin (“MÀV”) baş direktoru Robert Qomoy bildirib.
Yenidənqurma işlərində bütün rels yolları təmir edilib.
Qomoyun sözlərinə görə, “MÀV” hökumətə yeraltı sərnişin mərkəzinin tikintisinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsinin restrukturizasiya olunmasını tövsiyə edib.
“Keleti” vağzalı hər gün 400-ə yaxın qatara xidmət göstərir. Bu vağzalda sərnişin dövriyyəsi ildə 12 milyon nəfərə çatır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt