Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cansız əşyalara həyat verən kukla ustaları - REPORTAJ

Bakı, 18 aprel, Fidan Əlizadə, AZƏRTAC

Uşaq gülüşlərinin ən səmimi səsləndiyi, gözlərin böyük heyranlıqla səhnəyə dikildiyi məkan məhz kukla teatrlarıdır. Bu sənət məbədi dünyanın bir çox ölkələrində qədimdən bəri mövcuddur və hər bir mədəniyyətdə özünəməxsus üslubda inkişaf edir. Məlumdur ki, səhnədəki hər kukla görünməyən əllərin can verdiyi “aktyorlardır”. Onlar danışır, oynayır, gülür və bizi bəzən düşündürür. Bu cansız əşyalara həyat verənlər isə kukla ustalarıdır.

AZƏRTAC-ın əməkdaşı Azərbaycan Dövlət Kukla Teatrına üz tutaraq səhnənin arxa planını - tamaşaların, kuklaların, irili-xırdalı səhnədə gördüyünüz hər detalın hazırlandığı məkana yollanıb. Sözsüz ki, rekvizit sexinə. Burada illərin təcrübəsi, sənətə sevgi və fədakarlıqla çalışan yaradıcı komanda ilə həmsöhbət olub. Biz orada olarkən qaynar iş prosesi gedirdi. Rəssamlar, qəlibçilər, maketçilər, dərzilər, bir sözlə hamı işləyirdi. Adlarını sirr kimi saxladıqları 2 tamaşa üzərində eyni zamanda işləyirdilər. Biz də fürsətdən istifadə edib bu zövqlü təfsiri sizinlə bölüşmək istədik.

22 ildir kuklaların sirdaşı olan quruluşçu rəssam Rəvanə Yaqubova deyib ki, hər bir kuklanın öz hekayəsi var: “Biz kağız, parça, papyamaşa, taxta, qupka – müxtəlif materiallarla çalışırıq. İşin çətinliyi hazırlanan obrazın mürəkkəbliyindən asılıdır. Məsələn, “Müqəvva və Leyla” tamaşasındakı bir ağac kuklasının hazırlanması çox zaman alır və dəqiqlik tələb edir. Əvvəlcə eskiz çəkilir, sonra ustalara ötürülür, müxtəlif mərhələlərdən keçir: qupka və oenadan yığılıb, parçalarla örtülür, simlər əlavə edilir. Gözləri, ağzı mexaniki şəkildə hərəkət edir. Bu isə rejissorun təxəyyülünün məhsuludur. Hər yeni tamaşa yeni dünya deməkdir”.

Rəna Abbasova da bu sənətə könül bağlayıb. O, bir neçə kuklanın hazırlanmasının təxminən iki ay çəkdiyini vurğulayıb: “İlk olaraq heykəltaraş onun bədən formasını yaradır. Ardınca papyamaşa ustası bu formanı qəlibə salır. Gipslə və kağızla formalaşdırıb, sonra biz onu boyayırıq. Nəhayət, dərzilər kuklanın geyimini tikir. Bu bir kollektiv işidir”.

Maketçi rəssam Nahid Sarıyev kuklaların yalnız yaradılmasında yox, dekorların hazırlanmasında da aktiv rol oynayır: “Əvvəlcə heykəltaraş kuklanı düzəldir, sonra mən onun kağızdan qəlibini çıxarıram. Dekorlar da tamaşanın ruhunu daşıdığı üçün onların üzərində də xüsusi diqqətlə işləyirik”.

Konstruktor- rəssam Cavid Hüseynov isə bu sənətə 16 ilini verib: “Kuklaların əl, ayaq, göz və ağız mexanikasını hazırlayıram. Əgər sadədirsə, bir günə 3 kukla hazırlaya bilirəm. Əvvəllər çətin gəlirdi, amma indi artıq bu iş mənim bir parçamdır”.

Kuklaların zövqlü geyimləri isə dərzi Cəfərli Dilşadın əllərindən çıxır. O diqqətə çatdırıb ki, kuklalar hazır olandan sonra eskizlərə əsaslanaraq onların paltarlarını tikir. Bir tamaşanın geyim işi üç aya qədər vaxt aparır.

Teatrın gənc rəssamlarından biri Səbinə Haqverdiyevadır. Səbinənin uşaqlıqdan rəssamlığa, sənətə, kuklalara böyük sevgisi olub. O quruluşçu rəssamların ona həvalə etdiyi, səhnə geyimlərini, kuklaları böyük zövqlə hazırlayır. Hər birinə özünəməxsus sevgi ilə yanaşıb, yeni nəfəs verib. Beləcə, özünün məsum uşaq dünyasında saxladığı rəngləri, boyaları, uşaqlara olan sevgisini yaratmış olduğu nümunələrlə göstərir.

Bütün bu yaradıcı işin arxasında duran əsas şəxslərdən biri baş rəssam İqbal Əliyevdir. Onun sözlərinə görə, 20 ildir ki, Kukla Teatrında çalışır. “Bu yer nağıllar aləmidir. Uşaqları aldatmaq mümkün deyil. Bu səbəbdən hər detalı incə işləməyə çalışırıq. Teatrımızın repertuarında 46 tamaşa var və onların hər birinin özünəməxsus kuklaları, rekvizitləri var. Bir personaj bir tamaşaya aiddirsə, digəri üçün istifadə edilə bilməz. Biz kuklalarla bir obraz yaradırıq. Hər rəssamın öz dəst-xəti, rəng dünyası var. Uşaqların sevgi dolu baxışları bizim ən böyük qazancımızdır”, - deyə İ.Əliyev əlavə edib.

Azərbaycan Dövlət Kukla Teatrı təkcə ölkədə yox, xaricdə də öz sözünü deyən sənət ocağıdır. Bu teatrda kukla janrının hər növü var və hər biri peşəkar komandanın birgə yaratdığı möcüzəyə çevrilir.

Burada gördüklərimiz, həmsöhbət olduqlarımız bir daha deməyə əsas verir ki, səhnədə canlanan hər kuklanın araya-ərsəyə gəlməsində neçə-neçə insanın zəhməti, göz nuru, duyğusu, sevgisi yaşayır. Bəlkə də bu sənətə olan sonsuz sevginin nəticəsidir ki, Kula Teatrına üz tutanların sayı gündən-günə çoxalır…

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Almaniyada gənclərin etiraz aksiyalarında on minlərlə insan iştirak edib

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var