Cari ildə qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı ilk sırada qərarlaşıb
Bakı, 1 iyun, AZƏRTAC
Yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı (96,4 milyon ABŞ dolları) birinci yerdə olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayına istinadla xəbər verir ki, siyahıda qızıl (64,6 milyon dollar) ikinci, pomidor (tomat) isə (42,3 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
Statistikaya əsasən, digər mallar müvafiq olaraq, ilkin formalı polipropilen (37,1 milyon dollar), qabığı təmizlənmiş meşə fındığı (34,7 milyon dollar), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (33,6 milyon dollar), xurma (31,9 milyon dollar), elektrik enerjisi (23,2 milyon dollar) və sair təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:27]
“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb
- 13.10.2026 [11:24]
Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb
- 13.10.2026 [11:06]
Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO
- 13.10.2026 [10:57]