Azərbaycan Dövlət İnformasiya Agentliyi

Caspian European Club Prezident İlham Əliyevin seçkilərdəki qələbəsini təntənəli şəkildə qeyd edib

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-də keçirilmiş 13-cü “CEO Lunch Baku” çərçivəsində “Caspian European Club” Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevin seçkilərdəki qələbəsini təntənəli şəkildə qeyd edib.

“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, fəxri qonaq qismində “CEO Lunch Baku”da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə iştirak edib.

Akademik Ziyad Səmədzadə bu günün bütün Azərbaycan xalqı üçün böyük bayram olduğunu və həmin bayramın ilk günü bir yerə toplaşmaqdan məmnun qaldığını qeyd edib.

“İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir”, - deyə akademik Ziyad Səmədzadə bildirib.

O, həmçinin “Caspian European Club”un fəaliyyətinin əhəmiyyətini vurğulayaraq bildirib ki, klubun dünyanın 70 ölkəsi ilə əməkdaşlığa nail olması, 5000-dən artıq üzv şirkətə sahib olması ölkənin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun möhkəmlənməsi üzrə böyük işlər görən güclü dövlətimizin olduğunu göstərir. Seçkilər sübut etdi ki, cəmiyyətdə konsensus əldə olunub. Bu isə hal-hazırda olduqca mühümdür.

Onun sözlərinə görə, son 20 il ərzində investisiya mühiti əhəmiyyətli dərəcədə yaxşılaşıb, biznesin aparılması üzrə əlverişli şərait yaradılıb, iqtisadi qanunvericiliyin mükəmməlləşdirilməsi üzrə böyük işlər həyata keçirilir.

“Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət uğurla həyata keçirilir və Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir”, - deyə akademik Ziyad Səmədzadə söyləyib.

“Bizim məqsədimiz sahibkarlığın inkişafı üçün rahat şərait, daha mükəmməl vergi sistemi yaratmaqdan ibarətdir. Bizim kiçik və orta biznesin inkişafı üçün böyük potensialımız var. Respublika rəhbərliyi bu gün ölkənin iqtisadi potensialının inkişafı üçün əlindən gələni edir”, - deyə o vurğulayıb.

Akademik Ziyad Səmədzadə parlamentin “Caspian European Club”un sistemdəki hansısa boşluqları doldura biləcək inkişaf və mükəmməlləşmə üzrə bütün təkliflərini gözdən keçirməyə hazır olduğunu qeyd edib.

“Əlbəttə ki, biz öz növbəmizdə biznes nümayəndələri ilə onların müxtəlif sahələrdə qarşılaşdıqları problemləri müzakirə etməyə və birlikdə müəyyən qərarlar qəbul etməyə hazırıq”, - deyə Ziyad Səmədzadə deyib.

Çıxışının sonunda akademik Ziyad Səmədzadə qeyd edib ki, Prezidentimizin yaxın və uzunmüddətli perspektivlər üçün iqtisadi inkişaf strategiyası ilə bağlı dəqiq mövqeyi var və biz onun həyata keçirilməsinə fəal şəkildə yardım edəcəyik.

“CEO Lunch Baku”da çıxış edən “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev dünən Azərbaycan xalqının sabitliyi, inkişafı və övladlarının gələcəyi üçün islahatların davam etməsini seçdiyini qeyd edib. “Biz bu proseslərin iştirakçısı olmağımıza şadıq və bir daha “Caspian European Club”un üzvləri adından “Caspian European Club”un sədri İlham Əliyevi inamlı qələbə - Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edirik”, - deyə Telman Əliyev vurğulayıb.

“Əvvəlki illərdə olduğu kimi, biz ölkəmizdə həyata keçirilən və əlverişli investisiya mühitinin, biznesin inkişafı üçün münbit şəraitin yaranmasını şərtləndirən bütün islahat və prosesləri dəstəkləməyə hazırıq. Həmçinin yaxın vaxtda “Caspian European Club”un üzvləri ilə görüşdə Prezidentin hansı layihələrin həyata keçirilməsinin planlaşdırıldığı, hansı sahələrdə hesabatların hazırlanacağı, işçi komitələrin və idarə heyətinin üzvlərinin hansı proseslərdə fəal iştirak etmələrinin zəruri olduğu ilə bağlı bizə göstəriş verəcəyinə ümid edirik”, - deyə Telman Əliyev bildirib.

Akademik Ziyad Səmədzadəyə “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim edən Telman Əliyev klubun fəaliyyətindəki fəal iştirakına, həmçinin tədbir zamanı “Caspian European Club”un üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə ona minnətdarlığını bildirib.

Telman Əliyev tədbirdə iştirak edən bütün qonaqları “Caspian Energy” jurnalının Naxçıvan MR-nin lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatına dəvət edib. Jurnalın 2018-ci il aprelin 17-də keçiriləcək təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin başçısı Bəxtiyar Əsgərov, Azərbaycandakı diplomatik missiya rəhbərləri, həmçinin “Caspian European Club”un idarə heyətinin üzvləri və üzv şirkətləri iştirak edəcəklər.

Telman Əliyev hər kəsə Azərbaycan və Gürcüstan hökumətlərinin dəstəyi ilə 2018-ci il mayın 8-də V Beynəlxalq “Caspian Energy Forum Tbilisi”nin təşkil olunacağını xatırladıb “Caspian Energy Forum Tbilisi”nin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan hökumətinin iqtisadi bloku təmsil edən üzvlərinin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı Gürcüstanın “Caspian Energy Georgia” şirkətidir.

Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov iştirak edib.

“Caspian European Club”un idarə heyətinin üzvləri və sahə komitələrinin rəhbərləri çıxış edərək sahə komitələrinin hazırkı fəaliyyəti ilə bağlı hesabat verib, həmçinin yaxın planlar barədə danışıblar.

Azərbaycan-Ərəb Ölkələrini Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru mayın 1-3-də Assosiasiyanın təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ərəb investisiya biznes-forumu barədə təqdimat keçirib.

“CEO Lunch Baku”da 100-ə yaxın şirkət və təşkilat iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Türkmənistanda “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır