REGİONLAR
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda yaz-tarla işlərinin qızğın çağıdır
Ağdam, 8 aprel, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda yaz-tarla işləri davam etdirilir. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edir, texniki bitkilər üçün nəzərdə tutulmuş sahələr səpinə hazır vəziyyətə gətirilir.
Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 1917 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 437 hektarı çoxillik otlar, 330 hektarı kartof, 1019 hektarı tərəvəz, 131 hektarı şəkər çuğundurudur.
Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Sahələrə gübrə verilir, alaq otlarına qarşı herbisid çilənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]