SİYASƏT
Cəlilabadın ədliyyə işçiləri peşə bayramlarını qeyd etmişlər
Cəlilabad, 22 noyabr (AZƏRTAC). Noyabrın 22-də Cəlilabad rayonunda ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara öz işlərində uğurlar arzulamışdır.
Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərov ədliyyə orqanlarının yaranmasının 95-ci ildönümü və ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar məruzə etmişdir.
Toplantıda çıxış edənlər ölkənin ədliyyə sisteminin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.