Cənubi Koreya və Filippin azad ticarət danışıqlarına başlayıblar
Bakı, 3 iyun, AZƏRTAC
Cənubi Koreya və Filippin azad ticarət sazişi ilə bağlı danışıqlara başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət naziri xanım Yoo Myun-hee və onun filippinli həmkarı Ramon Lopezin Seulda keçirilən görüşündə bəyan edilib. Tərəflər azad ticarət sazişi imzalayaraq idxal rüsumlarını və qeyri-tarif baryerlərini aradan qaldırmaqla iqtisadi əməkdaşlığı genişləndirmək istəyirlər. Azad ticarət sazişinə dair danışıqların noyabr ayınadək başa çatdırılması hədəflənib.
Qeyd edək ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2010-cu illə müqayisədə 67 faiz çoxalaraq 15,6 milyard ABŞ dollarına çatıb. Cənubi Koreyanın Filippinə ixracı əvvəlki illə müqayisədə 13,6 faiz artaraq 12 milyard dollara çatıb. Yarımkeçiricilər, neft-kimya məhsulları və avtomobillər Cənubi Koreyanın Filippinə ixracında əsas yeri tutan məhsullar olub. Filippin isə əsasən kənd təsərrüfatı məhsulları ixrac edib.
Cənubi Koreya ASEAN ölkələrindən Vyetnam və Sinqapurla azad ticarət sazişləri imzalayıb. Hazırda Malayziya və İndoneziya ilə oxşar sənədin imzalanması üçün danışıqlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]