ÇEÇENİSTANDA XÜSUSİ ƏMƏLİYYAT ZAMANI 5 SİLAHLI ÖLDÜRÜLMÜŞ, ƏRƏB MUZDLUSU YASİR YARALANMIŞDIR
Bakı, 11 noyabr (AZƏRTAC). Çeçenistanın Şali rayonunda respublika DİN və Rusiya FTX-nin birgə xüsusi əməliyyatı zamanı ərəb muzdlusu Yasirin başçılıq etdiyi terrorçularla silahlı toqquşma olmuşdur. Serjen-Yurt kəndinin kənarında mühasirəyə alınan quldur dəstəsi ilə atışma zamanı 5 silahlı zərərsizləşdirilmiş, yaralanmış Yasir əsir düşmüşdür. Hüquq mühafizə işçilərindən xəsarət alan olmamışdır.
Ərəb muzdlusu Çeçenistan ərazisində intiharçı - terrorçuların aksiyalar hazırlamasının və həyata keçirməsinin əsas təşkilatçılarından sayılır. Hazırda dəstənin sağ qalan üzvləri dağ-meşə yerlərində gizlənmək üçün mühasirəni yarmağa çalışır. Onların zərərsizləşdirilməsi üçün əməliyyat davam edir. Xüsusi əməliyyata Respublika Prezidenti Ramzan Kadırov rəhbərlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [12:42]
Nigeriyada 17 polis öldürülüb
- 17.05.2026 [12:26]
RF Müdafiə Nazirliyi: Rusiya səmasında 500-dən çox PUA vurulub
- 17.05.2026 [12:06]
Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək
- 17.05.2026 [11:12]
Nyu-Yorkda Azərbaycan diasporunun da iştirakı ilə Türk Günü Yürüşü keçirilib
- 17.05.2026 [09:00]
Mayın 17-si Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
- 17.05.2026 [07:03]
Afrikada Ebola təhlükəsi: ÜST fövqəladə vəziyyət elan edib
- 17.05.2026 [05:42]