Çinin cənubunda 350 mindən çox insan daşqın zonasında qalıb
Bakı, 30 may, AZƏRTAC
Çinin cənubunda yerləşən Quansi-Çjuan muxtar rayonunda 350 mindən çox insan daşqın zonasında qalıb. Hakimiyyət orqanları 48 min nəfəri nisbətən təhlükəsiz ərazilərə təxliyə edib.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, daşqınlar muxtar rayonun 9 şəhərinə, 30 rayon və qəzasına təsir edib.
Bir qədər əvvəl Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi daşqınlar nəticəsində azı 7 nəfərin öldüyü barədə məlumat yaymışdı.
Təbii fəlakət nəticəsində muxtar rayonun ərazisindən keçən milli əhəmiyyətli yeddi avtomobil magistralının bir çox sahəsində hərəkət dayanıb. 23 min hektardan yuxarı əkin sahəsi zərər çəkib. Ölkəyə dəyən birbaşa iqtisadi zərər 1,14 milyard yuan (təxminən 165 milyon dollar) həcmində qiymətləndirilir.
Quansi-Çjuan muxtar rayonu mayın 25-dən güclü yağışlarının təsirinə məruz qalıb. Leysan yağışları bəzi regionlarda daşqınlara səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]