ÇİNİN ÖLKƏMİZDƏKİ SƏFİRLİYİNİN MUZEYƏ HƏDİYYƏSİ
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Siyun Azərbaycan Dövlət incəsənət muzeyinə bir ədəd dekorativ tətbiqi sənət əsəri hədiyyə etmişdir.
Muzeydən AZƏRTAC-a verilən məlumata görə, “Yüz quş” adlanan bu əsər Çin səfirliyinin xüsusi sifarişi ilə Pekində hazırlanmışdır. Açıq-yaşıl rəngli təbii mineraldan düzəldilmiş bu yeganə əl işi məhz Azərbaycan Dövlət incəsənət muzeyi üçün nəzərdə tutulmuşdur.
Əsərdə təsvir olunan quşlar Çin xalqının inamina görə səadət, xoşbəxtlik, firavanlıq rəmzidir.
Bu hədiyyə muzeyin daimi ekspozisiyasında özünə layiq yerini tapacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [16:36]
Yağışlı aprelin günəşli “Ulduzu”
- 17.04.2025 [16:24]
“Əbədiyyətə qovuşan ömür” adlı tədbir keçirilib
- 17.04.2025 [14:53]
Aydın Kərimov: Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşayır
- 17.04.2025 [13:33]