SİYASƏT
Çinin xəbər və axtarış saytlarında Heydər Əliyev Mərkəzinin fotosessiyaları yerləşdirilmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/1407926689335221010_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079266895281742989_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926689591713842_1200x630.jpg)
Pekin, 26 noyabr (AZƏRTAC). Çin Xalq Respublikasının bir neçə xəbər və axtarış saytlarında Bakıdakı Heydər Əliyev Mərkəzinin fotosessiyaları yerləşdirilmişdir.
Çinin rəsmi Sinxua agentliyinin internet səhifəsində, gündəlik 500 milyon dəfə müraciət olunan ölkənin əsas mikrobloq saytı weibo.com-da, habelə axtarış saytlarından xianguo.com, 333cn.com, 163.com, weixin.qq.com və digər bu cür saytlarda yerləşdirilmiş fotosessiyalarda bu orijinal memarlıq nümunəsi haqqında məlumat da verilmişdir. Bildirilmişdir ki, dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası hazırda müasir Bakının rəmzlərindən biri hesab olunur. Layihəsinin müəllifi dünya şöhrətli memar Zaha Hadid olan Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə böyük ustalıqla təqdim olunmuşdur.
Həmin fotosessiyaların bir neçəsi ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür: http://news.xinhuanet.com/jiaju/2013-11/20/c_125727929.htm, http://e.weibo.com/1782871497/Ajrmv9G2X
type=repost&ref=http%3A%2F%2Fe.weibo.com%2Fshfe652, http://www.333cn.com/architecture/jdsx/145960.html, http://mp.weixin.qq.com/mp/appmsg/show?__biz=MjM5MjU0NTg3Mw==&appmsgid=10001889&itemidx=1&sign=d767d6e081a610b44fbf5f87ce94b2ef&uin=MjY4NjYzODU1&key=38b17fed399880fb4873e5d8515dd36cf67cbaa291545bb7d4cc0e3c87832466d6a51249514de0637b6fa0105210f17d&devicetype=iPhone+OS6.1&version=15000311&lang=zh_CN.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin