CƏMİYYƏT
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir
Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 51 cinayət faktından 30-nun üstü “isti izlər”lə açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında qeydə alınmış 9 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölmüş, 14 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
Cinayət törətdiyinə görə 36 nəfər tutulmuşdur.