CƏMİYYƏT
Cinayət törətdiyinə görə 20 nəfər tutulmuşdur
Bakı, 23 oktyabr (AZƏRTAC). Oktyabrın 22-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 54 cinayət faktından 21-nin üstü “isti izlər”lə açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında qeydə alınmış 7 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölmüş, 4 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir.
Cinayət törətdiyinə görə 20 nəfər tutulmuşdur.