Davamlı həyat tərzi üçün ilk rəqəmsal alət: “Ecotracker” mobil tətbiqi
Bakı, 24 sentyabr, AZƏRTAC
“Ecotracker” mobil tətbiqi karbon neytrallığına keçid, ətraf mühitin qorunması və ictimai maarifləndirmə prioritetlərinə birbaşa xidmət edən rəqəmsal alətdir. “Ecotracker” istifadəçilərin gündəlik fəaliyyətlərini izləyərək onların karbon izi haqqında fərdi hesabatlar təqdim edən, ekoloji davranışlarını formalaşdıran mobil tətbiqdir.
Bu barədə AZƏRTAC-a “EkoSfera” Ekoloji-Sosial İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, bu mobil tətbiq qida, nəqliyyat və tullantıların çeşidlənməsi bölmələri vasitəsilə istifadəçilərə həm ekoloji, həm də sağlamlıq baxımından daha düzgün seçimlər etməyi göstərir. Oyunlaşdırılmış motivasiya sistemi isə insanları dayanıqlı vərdişlər qazanmağa həvəsləndirir.
“Ecotracker” artıq hər kəsin istifadəsinə açıqdır və ekoloji məsuliyyətin artırılması üçün əlçatan rəqəmsal alət kimi fəaliyyət göstərir.
Tətbiqi QR kodu skan etməklə “App Store” və “Google Play Market”dən yükləmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:23]
Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb
- 09.06.2026 [12:21]
Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]