İQTİSADİYYAT
Dəmir yolunun Hacıqabul-Muğan mənzilində 10 kilometr yolun əsaslı təmiri başa çatmışdır
Bakı, 25 iyun (AZƏRTAC). Prezident İlham Əliyevin 2010-cu ilin iyulun 6-da təsdiq etdiyi “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” sürətlə həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir. Bununla əlaqədar əsaslı təmirinə cari ilin iyunun 17-də başlanılmış Hacıqabul-Muğan mənzilində 10 kilometr yolda işlər başa çatmışdır.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmışdır.
QSC-nin infrastruktur departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolların təmir ardıcıllığı müvafiq cədvələ uyğun aparılır.