Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Sənaye məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılmasına xidmət edir

Deputat: Sənaye məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılmasına xidmət edir

Bakı, 21 aprel, Səadət Hakıyeva, AZƏRTAC

Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılması dövlətin prioritetlərindən biridir. Müasir istehsal infrastrukturuna malik sənaye məhəllələrinin yaradılması ölkəmizdə sənayenin, eyni zamanda, iqtisadiyyatın davamlı inkişafını təmin edən əsas amillərdəndir.

Sənaye məhəllələrinin rayonlarda yaradılmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bölgələrdə yaşayan əhalinin məşğulluğu təmin edilir, nəticədə insanların sosial-rifah halı yaxşılaşır. Ölkədə sənaye məhəllələrinin yaradılması Prezident İlham Əliyevin imzaladığı müxtəlif sərəncamlarla təsdiq edilmiş ölkədə sənayenin inkişafına dair Dövlət proqramlarına əsasən həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Deputat diqqətə çatdırıb ki, bu baxımdan Hacıqabul rayonuna səfəri zamanı Prezident İlham Əliyevin açılışını etdiyi Hacıqabul Sənaye Məhəlləsinin istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Burada müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub, yük və xüsusi təyinatlı avtomobillər, plastik su qabları, müxtəlif növ gübrələr və digər məhsullar istehsal edən müəssisələr yaradılıb. Sənaye məhəllələrinin yaradılması daxili tələbatı ödəməklə yanaşı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətliliyin artmasına xidmət edir.

Yenidən qurulan Hacıqabul-Muğan avtomobil yolunun da əhəmiyyətindən də danışan deputat deyib: “Hacıqabula səfəri zamanı Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun açılışını etdi. Yolun yenidən qurulması 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasındakı nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımalarının asanlaşmasına müsbət təsir edəcək. Ümumiyyətlə, son illər ölkəmizin hər bir bölgəsində yol infrastrukturu yenidən qurulur, yeni yollar, xüsusilə də kəndlərarası yolların tikintisi həyata keçirilir. Müasir yol infrastrukturunun qurulması insanların da həyat şəraitinin yaxşılaşdırılmasına töhfəsini verir və əhali tərəfindən böyük sevinclə qarşılanır. Bu sahədə görülmüş işlərə əsasən əminliklə deyə bilərik ki, Azərbaycan müasir yol-nəqliyyat infrastrukturuna malik ölkələrdən biridir”.

C.Osmanovun sözlərinə görə, dövlətimizin başçısının Hacıqabul rayonunun Meyniman kəndi ərazisində fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesinə start verilməsi tədbirində iştirak etməsi Prezidentin kənd təsərrüfatının inkişafına və fermerlərə xüsusi diqqətlə yanaşmasının göstərici kimi qəbul edilməlidir. Bu da, öz növbəsində, rayonda pambıqçılığın inkişafı üçün, fermerlər üçün böyük stimul hesab edilə bilər. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub və proqrama əsasən, bu sahədə son illər ərzində mühüm irəliləyişlər əldə edilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Fermerlərə dövlət tərəfindən davamlı dəstəyin göstərilməsi və imtiyazların edilməsi, əkinə yararlı sahələrin artırılması, meliorasiya işlərinin müasirləşdirilməsi kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdəndir.

Kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən ən mühüm işlərdən birinin ölkənin müxtəlif bölgələrində aqroparkların yaradılması olduğunu diqqətə çatdıran deputat deyib: “Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində “Aqro Dairy” MMC-nin aqroparkının və “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak etməsi dövlət başçısının bu sahəyə olan diqqətindən xəbər verir. Aqroparkların yaradılması istehsal, emal, logistikanın bir müəssisədə cəmləşdirməsi deməkdir ki, bu da özlüyündə işlərin səmərəliliyini və məhsuldarlığı artırmış olur”.

Cavid Osmanov qeyd edib ki, həm sənaye, həm də aqrar sahənin inkişafı və fəaliyyəti üçün dayanıqlı elektrik təminatının olması mütləqdir. İstismara verilən 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası rayon ərazisində müxtəlif sənaye və kənd təsərrüfatı obyektlərinin, eyni zamanda, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin, meliorasiya və su təsərrüfatına məxsus obyektlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq.

“Ölkəmizdə hər bir sahədə olduğu kimi, elektrik təsərrüfatı sahəsində də inkişaf göz önündədir. “Hovsan” və “Maştağa” yarımstansiyalarının istismara verilməsi bu sahədə görülən işlərə nümunədir. Ümumilikdə, ölkədə enerji təchizatı infrastrukturunun müasir tələblərə uyğun yenidən qurulması dövlətimizin əsas prioritetlərindəndir”, - deyə C.Osmanov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib