Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dialoq və biznes uğurun iki tərkib hissəsidir

Dialoq və biznes uğurun iki tərkib hissəsidir

Bakı, 4 iyun (AZƏRTAC). Aprelin sonunda “Əsrin kontraktı”nın 20 illik yubileyi ərəfəsində “Four Seasons Baku” otelində I Beynəlxalq “Caspian Energy Forum - 2014” keçirilmişdir. Forum iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorlarının yüksək nəticələrini nümayiş etdirmişdir. İştirakçıların və nümayəndələrin sayının çox olması, onların coğrafi baxımdan CAR-dan tutmuş İslandiyayadək müxtəlif ölkələri geniş təmsil etməsi regiona yüksək investisiya marağının olduğunu təsdiq etmişdir. Forumda Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dövlət qurumlarının, nazirlik və baş idarələrinin rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri iştirak etmişlər. “Caspian Energy International Media Group”un baş direktoru Rasim Mahmudov AZƏRTAC-a bu forumun necə və nədən başlayaraq həyata keçirildiyindən, cari ildə hansı yeni layihələrin gözlənildiyindən danışmışdır.

-Əvvəlcə icazə verin, Sizi I Beynəlxalq “Caspian Energy Forum - 2014” tədbirinin keçirilməsi ilə əlaqədar təbrik edim və ideyalarınızı gerçəkləşdirməkdə uğurlar arzulayım. Bilmək istərdik ki, belə bir forumun keçirilməsi ideyası Sizdə nə vaxt yaranmışdır?

-Bu ideya “Caspian European Club” yaradılan gündən vardı və onun keçirilməsi klubun ali rəhbərliyi tərəfindən təklif olunmuşdu. Lakin belə tədbirlərin təşkili çox böyük maliyyə, texniki və insan resursları, ən başlıcası isə böyük təcrübə tələb etdiyindən və həmin dövrdə bizim belə bir təcrübəmiz olmadığından layihənin həyata keçirilməsi gecikdi. İndi “Caspian European Club”un on iki illik fəaliyyətinə nəzər salaraq demək olar ki, biz müəyyən nəticələr əldə edə bilmişik, əlaqələr qurmuşuq, lazımi informasiya resursları toplamışıq ki, bu da forumun məhz indi keçirilməsində bizə kömək göstərmişdir. Bundan başqa 2014-cü il Xəzəryanı ölkələr üçün ona görə əlamətdardır ki, bu il Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin kontraktının” 20 illik yubileyi qeyd ediləcəkdir. Bu il həmçinin Xəzəryanı ölkələrin neft strategiyasını təqdim edən “Caspian Energy” jurnalı 15 illik yubileyini bayram edir. Bununla əlaqədar olaraq “Əsrin kontraktı” sayəsində iqtisadiyyatın müxtəlif sahələrində əldə edilmiş nəticələri daha tam əks etdirəcək bir forum keçirilməsi qərara alındı. İlk addım atıldı, biz I Beynəlxalq “Caspian Energy Forum - 2014” tədbirini keçirdik və hər rüb dünyanın bir neçə ölkəsində forumlar keçirməyi planlaşdırırıq.

-Bu layihənin gerçəkləşməsində Sizi kim dəstəklədi və forumun keçirilməsinə hazırlıq prosesinə nə qədər vaxt sərf olundu?

-Bakıda forum Azərbaycan Respublikasının Nazirlər Kabineti, Milli Məclis, Energetika Nazirliyi, SOCAR, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi və “Caspian European Club”un (CEIBC) dəstəyi ilə keçirildi. Təəssüf ki, foruma hazırlıq dövrü çox qısa oldu. Rəhbərlik bu forumla məşğul olmaq işini bizə keçən ilin sonunda tapşırdı və qısa müddətdə biz çox tərəfdaş dəvət edə bildik. Biz “Four Seasons Baku” otelinin rəhbərliyinə və bizə kömək göstərən bütün şirkətlərə çox minnətdarıq. Bu ilk növbədə rəsmi sponsorlarımız - Energetika Nazirliyi, Dövlət Neft Şirkəti - SOCAR”, Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Komitəsidir. Biz həmçinin platin sponsor kimi çıxış edən “Akkord Tikinti-Sənaye İnvestisiya Korporasiyası” ASC-yə, gümüş sponsorumuz “Cross Caspian” şirkətinə, bürünc sponsorlarımız - SOCAR AQS, “Caspian Wireline” “Services LTD”, “Atena”, “Bestcomp”, “Schnieder Electric”, “Risk”, “Pasha Insurance”, “Azersun Holding”, “Improtex Travel”, “Azərtexnolayn” MMC-yə, “SNF Vostok” MMC-yə təşəkkürümüzü bildiririk. Bu şirkətlərə ona görə minnətdarıq ki, onlar bizə inandılar, çünki çox az hallarda ilk forum şirkətlər səviyyəsində dəstəklənir. Ümidvarıq ki, onların bizə göstərdikləri etimadı doğrultmuşuq. Bundan başqa, forumda dünyanın 50 ölkəsindən iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorlarını təmsil edən 300-dən çox nümayəndə iştirak etmişdir. CAR-dan tutmuş İslandiyayadək bütün xarici nümayəndələrimiz Azərbaycana çox böyük maraq göstərmişlər. Avropa şirkətləri böyük fəallıq nümayiş etdirmişlər.

-Siz neft sektorunu xüsusi qeyd etdiniz. I Beynəlxalq “Caspian Energy Forum - 2014” forumunda neft sektorundan başqa iqtisadiyyatın daha hansı istiqamətləri təmsil olunmuşdur?

-Forumda iqtisadiyyatın beş istiqaməti, o cümlədən ənənəvi neft-qaz sektoru təmsil olunmuşdur. Günün birinci yarısı bu sektor üçün ayrılmışdı. Birinci sessiya “Avropa İttifaqının enerji təhlükəsizliyi Xəzər-Qara dəniz regionu dövlətləri ilə qarşılıqlı əlaqədə” mövzusuna həsr edilmişdi. Bu sessiyanın moderatoru Azərbaycanın energetika naziri Natiq Əliyev idi. İkinci sessiya “Təbii qaz və qeyri-konvensional təbii qaz - XXI əsrin əsas enerji daşıyıcısı - Xəzərdə kəşfiyyat və hasilat perspektivləri” mövzusuna həsr edilmişdi. Bu sessiyada SOCAR-ın yataqların geologiyası, geofizikası və kəşfiyyatı üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə sədrlik edirdi.

Günün ikinci yarısında “Caspian Energy Forum” çərçivəsində “Caspian European Financial Forum”, “Caspian European IT Forum”, “Caspian European Industry Forum” və “Caspian European Infrastructure Forum” tematik forumları keçirildi. Həmin forumlarda Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə sədrlik edirdi.

Təşkilati tədbirlərin gedişində forumda məhz bu sahələrin təmsil olunması qərara alınmışdı, çünki həmin sahələrdə investorlar, biznesmenlər və forumun nümayəndələri fəal iştirak edir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ili Azərbaycanda sənaye ili elan etmişdir. Buna görə həmin sektora xüsusi diqqət yetirilirdi. Tikinti sektorunun, infrastrukturun inkişafı çox yüksək sürətlə davam edir. Bunu təkcə Azərbaycanda deyil, bütün regionda ən iri tematik sərgilərdən olan “BakuBuild” və “BakuTel” sərgilərindən asanlıqla müşahidə etmək olardı. Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycan Şimal-Cənub, Qərb-Şərq layihələrinin reallaşmasında mühüm nəqliyyat qovşağıdır. Bu isə nəqliyyat sektorunun inkişafına təsir göstərməyə bilməz. Birinci forumda Azərbaycanda yüksək sürətlə inkişaf etməkdə olan maliyyə, bank və sığorta sektorları da mühüm yer tuturdu. İT sektoruna gəldikdə isə qeyd etmək lazımdır ki, keçən il Azərbaycan birinci peykini kosmosa buraxmışdır. Bundan əlavə, informasiya texnologiyaları sektoru yüksək sürətlə inkişaf edir. Bunu təsdiq etmək üçün deyə bilərəm ki, Azərbaycan bazarında artıq rəqabət qabiliyyətli yerli şirkətlər fəaliyyət göstərir, onların işləyib hazırladığı proqram təminatı dünyanın müxtəlif ölkələrində alınır.

Təəssüf ki, biz “Caspian European Tourism Forum”, “Caspian European Alternative Energy Forum” və “Caspian European Agro-industry forum” istiqamətlərinin proqrama qoşmaqdan imtina etməyə məcbur olduq. Bu onunla bağlıdır ki, müvafiq dövlət strukturları tərəfindən dəstəklənmədik. Lakin ümid edirik ki, növbəti dəfə dövlət strukturları bu təşəbbüsü dəstəkləyəcəklər və biz həmin istiqamətləri də təqdim edə biləcəyik.

-Siz niyyətinizi nə dərəcədə reallaşdıra bildiniz? Forum iştirakçılar üçün cəlbedici biznes-platforma ola bildimi?

-Bütövlükdə foruma yekun vuraraq qeyd edə bilərəm ki, bu forumun bütün iştirakçıları və nümayəndələr tədbirin təşkilindən razı qaldılar. Təəssüf ki, biz bütün potensialımızı reallaşdıra, nəzərdə tutduğumuz bütün ideyaları həyata keçirə bilmədik, lakin ümid edirəm ki, növbəti forumlarda biz buna nail olacağıq. Birinci forumun uğurla keçməsi ilə əlaqədar güman etmək istərdim ki, sonrakı forumlar daha yüksək səviyyədə keçəcəkdir. Yəni, sessiyaların, iştirakçıların və məruzəçilərin sayı artacaqdır. Mən müxtəlif ölkələrdən olan sərmayədarların foruma böyük marağını xüsusi qeyd etmək istərdim. Ümid edirik ki, “Caspian Energy Forum” biznesmenlərə məhz onları maraqlandıran problemləri müzakirə etmək, aktual suallar vermək və ən başlıcası, işgüzar əlaqələr qurmaq imkanı yaradan bir platforma olmuşdur. Birinci forumun gedişində bu görüşlər həm tədbirin rəsmi hissəsində, həm də kofe-breyklər, işgüzar nahar və qala-qəbul zamanı qeyri-rəsmi formada keçdi.

Bildiyiniz kimi, Xəzər əməkdaşlıq dənizidir və biz istərdik ki, bu əməkdaşlıq “Caspian European Club” çərçivəsində yaransın.

- Bir qədər də qarşıdan gələn ikinci forum barədə danışın. Onu harada keçirməyi planlaşdırırsınız?

- Birinci forum zamanı elan edilmişdir ki, II Beynəlxalq “Caspian Energy Forum -2014” bu il noyabrın 14-də Tbilisidə keçiriləcəkdir. Ümidvarıq ki, bu forum yüksək səviyyədə dəstəklənəcəkdir. Forumda Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, habelə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iştirak edəcəklər. Öz tərəfimizdən ümidvar olduğumuzu bildiririk ki, forumda ilk növbədə Gürcüstanda işləyən Azərbaycan, Qazaxıstan və Rusiya şirkətləri fəal iştirak edəcəklər. Hazırda Gürcüstanda tikinti işləri geniş vüsət almışdır. Bakı-Tbilisi-Qars dəmir yolu çəkilir, çoxlu infrastruktur layihələri həyata keçirilir, turizm sürətlə inkişaf edir, yüksək texnologiyalara maraq artır, maliyyə sektoru genişlənir. Bildiyiniz kimi, Gürcüstan bazarında yetərincə çoxlu sayda beynəlxalq, o cümlədən Azərbaycan bankları təmsil olunmuşdur. Biz bu dəyişiklikləri göstərmək, Gürcüstan bazarına struktur və özəl investisiyalar cəlb etmək istəyirik. Sərmayədarlar forum çərçivəsində təqdim olunan müxtəlif layihələrlə tanış ola bilərlər. Foruma istər özəl sektorun, istərsə də energetika və iqtisadi bloku təmsil edən dövlət strukturlarının çoxsaylı nümayəndələri dəvət olunmuşdur. Onlar Gürcüstanın bugünkü inkişafından və yeni layihələrindən, Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların perspektivlərindən danışacaqlar. Ötən həftə Tbilisiyə işgüzar səfərimiz zamanı Gürcüstanın rəsmi şəxsləri ilə bir neçə görüş keçirmişik. Görüşlərdə Gürcüstanın Energetika Nazirliyinin, İqtisadiyyat və Sabit İnkişaf Nazirliyinin, habelə digər nazirlik və idarələrinin forumda yüksək səviyyədə iştirakı barədə prinsipial razılaşma əldə olunmuşdur.

- II Beynəlxalq “Caspian Energy Forum -2014” -dən nə gözləyirsiniz? Bu forum əvvəlkindən nə dərəcədə fərqlənəcəkdir?

- İkinci forum da bir gün ərzində keçiriləcəkdir. Forum çərçivəsində Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi regionları ölkələrinin dünyanın energetika bazarlarına inteqrasiyasının bütün aspektlərini müzakirə etmək planlaşdırılır. Sessiyaların sayının artırılması forumun fərqləndirici xüsusiyyəti olacaqdır. Bakıda keçirilən I Beynəlxalq “Caspian Energy Forum -2014” çərçivəsində cəmi dörd sessiya keçirildiyi halda, Gürcüstan forumu zamanı onların sayını səkkizə çatdırmağı planlaşdırırıq.

Qeyd etdiyim kimi, forumu keçirmək investisiyalar cəlb etmək, Gürcüstan iqtisadiyyatının yeni perspektivlərini və inkişaf sürətini göstərmək məqsədi daşıyır, çünki hazırda neft sektorunda fəaliyyət göstərən yeni terminalların tikintisi üzrə çoxlu layihə həyata keçirilir. Biz “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətini və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələrini də foruma dəvət etmişik.

Bundan əlavə, biz Gürcüstanda “Caspian Energy Award Georgia” mükafatının təqdim olunması mərasimini keçirməyi planlaşdırırıq. Mükafata dünyanın 50 ölkəsində keçirilən internet-sorğunun nəticələrinə əsasən, bir il ərzində Xəzər dənizi, Qara dəniz və Baltik dənizi regionlarında qazandıqları nailiyyətlərə görə siyasi xadimlər, dövlət məmurları, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərləri layiq görülürlər. Mükafat Xəzər dənizi və Qara dəniz regionu dövlətləri ərazisində istehsalat və sosial sahələrdə, iqtisadiyyatın neft və qaz, daşınma, tikinti, turizm, avtomobil sənayesi, telekommunikasiyalar və informasiya texnologiyaları, maliyyə-kredit sistemi, ekologiya, KİV-lər və s. sahələrində daha fəal iştirak edən şirkətlərə, təşkilatlara da təqdim olunacaqdır.

- III Beynəlxalq “Caspian Energy Forum”un keçirilməsi tarixi və proqramı müəyyən olunmuşdurmu?

- III Beynəlxalq “Caspian Energy Forum” gələn ilin martında Bakıda keçiriləcəkdir. Əvvəlki forumlarda olduğu kimi bu forumda da Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, Xəzər dənizi, Qara dəniz və Baltik dənizi regionu ölkələrinin dövlət strukturlarının və beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcəklər. Biz sessiyaların sayını, müzakirə olunan məsələlərin əhatəsini genişləndirməyə çalışırıq. Bir sıra dəyişikliklər də planlaşdırmışıq. Məsələn, əvvəlki forumlardan fərqli olaraq, üçüncü forumun sessiyaları paralel keçiriləcəkdir. Biz “Caspian European Education Forum”, “Caspian European Alternative Energy Forum” və s. əlavə etməklə, forumların sayını artırmaq istəyirik.

Forumun sonunda hər il Bakıda keçirilən «Caspian Energy Integration Award» beynəlxalq mükafatının rəsmi təqdimetmə mərasimi olacaqdır. Mərasimdə aparıcı dövlət xadimləri, biznesmenlər, dünya səviyyəli şirkətlərin birinci şəxsləri iştirak edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada taksi sürücüləri tətil edib

Latviyada Rusiya vətəndaşlığını saxlayan şəxslər orduya çağırılmayacaqlar

“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib

Rəsmi Tbilisi Venesiya Komissiyasının rəyini sərt tənqid edib

Süni intellekt tibb işçilərinə kömək edəcək

Beynəlxalq Buker Mükafatı qalibinin adı açıqlanıb

Vladimir Putin: İran Prezidenti etibarlı tərəfdaş idi

Çin kəşfiyyatına cəsusluqda ittiham olunan keçmiş Britaniya dəniz piyadası ölü tapılıb

Hidayət Heydərov: Hədəfim “Paris-2024”də qızıl medal qazanmaqdır

Dünya çempionu Hidayət Heydərov Vətənə dönüb

ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib

Argentinada ətyeyən dinozavrın yeni növü aşkar edilib

Nigerdə yaraqlıların hücumu nəticəsində azı 7 əsgər öldürülüb

Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb

Avropa çempionatının ikinci günündə güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

“International Policy Digest” nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri

ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan-Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

İdarə rəisi: Qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib

“Azərpoçt”un “İnternet bankçılıq” xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb - YENİLƏNİB

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq qaydalar təsdiq edilib

ADY-nin sədri Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib YENİLƏNİB

“Israel HaYom”: Separatçı terrorçu Vardanyan Qərb mediasının gözündə “azadlıq döyüşçüsü”nə çevrilib

“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Yol xəritəsi” üzrə görülən işlər müzakirə olunub

Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatında dəyişiklik edilib

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq

Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib

Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur

Azərbaycan çayı FAO-nun Romadakı qərargahında keçirilən çay sərgisində təqdim edilib VİDEO

Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb

Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək

ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb

Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…

SXA müəssisələrinin əməkdaşları üçün “PR və kommunikasiyanın əsasları” mövzusunda təlim təşkil edilib

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib YENİLƏNİB

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO VİDEO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib