Dillər Universitetində tədbir: “Aprel döyüşləri: səbəb və nəticələri”
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Azərbaycan Dillər Universitetində (ADU) “Aprel döyüşləri: səbəb və nəticələri” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov Aprel döyüşləri barədə tədbir iştirakçılarına məlumat verib. Aprel döyüşlərində ordumuzun şücaətini xüsusi qeyd edən S.Hüseynov tələbələrin bu tədbirdən ətraflı məlumat əldə edəcəklərinə əminliyini bildirib. O, gənclərin Azərbaycan tarixinin bu şanlı səhifəsi ilə qürur duyduqlarını söyləyib.
Sonra ADU-nun regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “Aprel döyüşləri: səbəb və nəticələri” mövzusunda mühazirə oxuyub. Aprel döyüşlərinin strateji əhəmiyyətindən bəhs edən slayd təqdim edilib.
Daha sonra Aprel döyüşlərində şəhid olan Xalid Əzizzadə və Əbdülməcid Axundovun valideynləri övladları ilə bağlı xatirələrini bölüşüblər.
Tədbir Aprel döyüşlərinə həsr olunan videoçarxın nümayişi ilə sona çatıb.