DİM sentyabrın 3-də əlavə imtahan keçirəcək
Bakı, 30 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, eləcə də eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək. Bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
Bu imtahanlarda iştirak edəcək şagirdlər DİM-in saytından imtahana buraxılış vərəqəsini çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:05]
Qərbi Azərbaycanın etnoqrafik mühiti və qızılbaş inancının folklora təsiri
- 05.06.2026 [11:51]
BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır
- 05.06.2026 [11:17]
İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
- 05.06.2026 [10:54]
XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib
- 04.06.2026 [20:53]