DİM: təlimlərdə zal nəzarətçisi sertifikatı almaq istəyən 62 namizəd iştirak edib
Bakı, 1 aprel, AZƏRTAC
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə Dövlət İmtahan Mərkəzinin (DİM) Şəki regional bölməsinin təşkilatçılığı ilə namizədlər üçün təlim keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimlərdə zal nəzarətçisi sertifikatı almaq istəyən 62 namizəd iştirak edib.
Təlim 20 nəfərlik qruplar şəklində təşkil edilib və ünsiyyət zamanı ilkin təəssüratın əhəmiyyəti, ünsiyyət və onun tərəfləri, müsbət ilkin təəssüratın formalaşdırılması, şəxsiyyət tiplərinə əsasən ünsiyyət tərzləri, etik davranışın səmərəli ünsiyyətdə rolu, ünsiyyət zamanı münaqişəli vəziyyətlərin idarə olunması, ünsiyyətqurma çətinlikləri, ünsiyyət prosesində stresin idarə olunması və ünsiyyət zamanı manipulyasiya texnikaları mövzularını əhatə edib.
Namizədlərə təlimləri uğurla başa vurduqdan və yekun test imtahanından keçdikdən sonra zal nəzarətçisi sertifikatı veriləcək.
Sertifikat almış namizədlər mütəmadi olaraq DİM tərəfindən keçirilən imtahanlarda nəzarətçi kimi iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]