Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

DMT-nin baş katibi: Əvvəllər yüz ildə bir dəfə baş verən isti dalğalar və daşqınlar indi normaya çevrilir

DMT-nin baş katibi: Əvvəllər yüz ildə bir dəfə baş verən isti dalğalar və daşqınlar indi normaya çevrilir

Bakı, 4 dekabr, AZƏRTAC 

Sibir və Alyaska da daxil olmaqla müxtəlif ərazilərdə meşələr yanır, buzlaqlar əriyir, okean suları isinir və turşlaşır, dənizin səviyyəsi qalxır...Bütün bunlar parnik qazlarının atmosferə emissiyasının nəticəsi olan qlobal isinmənin törətdiyi fəsadlardır. 2019-cu il isə yaddaşlarda ən isti il kimi qalacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Madriddə keçirilən iqlim konfransında müzakirə üçün hazırlanmış Dünya Meteorologiya Təşkilatının hesabatında yer alıb. 2019-cu ildə iqlim vəziyyəti ilə bağlı yekun hesabat isə gələn ilin martında təqdim ediləcək.

2019-cu il onilliyi görünməmiş istilərlə başa vurur

DMT-nin baş katibi Petteri Taalas yeni hesabatı təqdim edərkən deyib: “İqlim dəyişikliklərinin nəticələri hər gün ekstremal və anomal hava şəraitində özünü göstərir... Əvvəllər yüz ildə bir baş verən isti dalğalar və daşqınlar artıq normaya çevrilir. Dağıdıcı tropik siklonlar Baham adalarından tutmuş Yaponiya və Mozambikə qədər bir çox ölkələri cənginə alıb. Arktika və Avstraliyanı meşə yanğınları bürüyüb”.

2019-cu il bəşər tarixinə ən üç isti ildən biri kimi daxil olacaq

DMT ekspertləri bildirirlər ki, planetimiz isinməyə davam edir. 2019-cu ilin yanvar-oktyabr aylarında orta qlobal temperatur sənayeləşməyə qədər dövrlə müqayisədə 1,1 dərəcə Selsi yüksək olub. 1980-ci illərdən etibarən hər gələn on il əvvəlkilərə nisbətən daha isti olub.

Petteri Taalas bununla bağlı vurğulayıb: “Əgər indi iqlim dəyişikliyi ilə bağlı təcili mübarizə tədbirləri görməsək, onda yüzilliyin sonunda bizi qlobal temperaturun 3 dərəcə Selsi artması gözləyir. Bu da Yer kürəsinin sakinləri üçün daha acınacaqlı nəticələrə gətirib çıxaracaq”. O əlavə edib ki, Paris sazişinin məqsədlərinə nail olmaq üçün hələ ciddi tədbirlər belə görülməyib.

Yeni hesabatın müəlliflərinin qənaətinə görə, 2019-cu ilin bu dərəcədə isti keçməsi insan fəaliyyəti nəticəsində parnik qazlarının emissiyasının artması ilə əlaqədardır. Belə ki, 2018-ci ildə atmosferdə ən “uzunömürlü” olan karbon dioksidin emissiyası yeni maksimal səviyyəyə qalxıb və sənayeləşməyə qədər olan dövrlə müqayisədə 147 faiz artıb. Bu göstərici 2019-cu ildə də artmağa davam edib. Ekspertlər qeyd edirlər ki, CO2 atmosferdə əsrlərlə, okeanda isə daha çox qalır və müvafiq olaraq iqlim dəyişikliyinə səbəb olur.

Okean isinir, buzlaqlar əriyir, dəniz səviyyəsi qalxır

İstini və karbon qazını udaraq bufer rolunu oynayan okean daha çox zərərə məruz qalır. 2019-cu ildə okean sularının isinməsi rekord həddə çatıb. Eyni zamanda, indi okean sularının turşuluğunun səviyyəsi sənayeləşmə dövrünün başlanmasınadək olan vaxtdan 26 faiz artıqdır. Həyati əhəmiyyətli dəniz ekoloji sistemlərinin deqradasiyası baş verir.

Qrenlandiya və Antarktikanın buz qalxanlarının əriməsi nəticəsində dəniz səviyyəsi də sürətlə qalxır. Belə ki, 2019-cu ilin oktyabrında dünya üzrə orta səviyyə 1993-cü ildə aparılan altimetrik ölçmələrlə müqayisədə maksimum həddə çatıb.

2019-cu ilin sentyabrında dəniz buzunun sutkalıq minimum uzunluğu peyk müşahidələri tarixində ikinci ən aşağı səviyyəyə düşüb. Antarktidada cari ilin bir neçə ayı ərzində dəniz buzu sahəsinin rekord aşağı ölçüsü qeydə alınıb.

Bundan başqa, ABŞ-ın mərkəzi hissəsində, Kanadanın şimalında, Şimali Rusiyada və Cənub-Qərbi Asiyada anomal yüksək yağıntılar müşahidə olunub. 2018-ci ilin iyul ayından 2019-cu ilin iyununadək olan dövrdə ABŞ-ın bir neçə ştatında 12 ay ərzində yağıntıların həcmi bütün müşahidə tarixi ərzində ən yüksək səviyyəyə - 962 mm-ə çatıb. Ekspertlər bunu da iqlimin isinməsi ilə əlaqələndirirlər.

Meşə yanğınları və ekstremal isti havalar

Yeni hesabatda bildirilir ki, cari il iyunun sonu və iyulun əvvəlində Avropada güclü “isti dalğalar” müşahidə olunub. İyunun 28-də Fransada ötən rekorddan 1,9 dərəcə Selsi yüksək olan 46 dərəcə Selsi isti qeydə alınıb. Almaniya, Niderland, Belçika, Lüksemburq və Böyük Britaniyada da anomal istilər olub. Yanvar ayının ən isti ay kimi müşahidə edildiyi Avstraliyada da qızmar hava şəraiti müşahidə olunub.

Bu il Sibir və Alyaska da daxil olmaqla müxtəlif ərazilərdə meşə yanğınları artıb. Əvvəllər yanğınların nadir hallarda baş verdiyi Arktikanın bəzi hissələrini güclü alovlar bürüyüb.

İqlim dəyişikliyinin nəticələri: əhalinin sağlamlığı və kütləvi miqrasiya

Hesabatın böyük hissəsi iqlimin insan sağlamlığına, ərzaq təminatına, miqrasiya və ekoloji sistemlərə təsirinə həsr olunub. Onun müəllifləri qeyd edirlər ki, 2019-cu ilin yanvar-iyun aylarında 10 milyondan çox insan öz doğma yurdlarını tərk etməyə məcbur olub və “iqlim qaçqınına” çevrilib. Onlardan yeddi milyonu Cənub-Şərqi Afrika, Cənubi Asiya, Karib hövzəsində baş vermiş siklonlardan, habelə İran, Filippin və Efiopiyada daşqınlardan qaçıb.

2019-cu ildə Avstraliya, Hindistan, Yaponiya və Avropada hökm sürən anomal isti havalar insanların sağlamlığına və rifahına ciddi təsir göstərib. İyul-avqust aylarında Yaponiyada isti havalardan 100-dən çox insan dünyasını dəyişib, daha 18 min nəfər xəstəxanalara aparılıb. Avropada görünməmiş istilər bu il də ölüm hallarının artmasına səbəb olub.

Yeni hesabat Madrid konfransında iştirak edən dövlətlərin nümayəndələri üçün daha bir həyəcan siqnalı olmalıdır. BMT-nin Baş katibi hazırkı iqlim böhranını “qlobal səviyyəli fövqəladə hal” adlandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləş-mob hazırlanıbVİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib

Efkan Ala: Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Türkiyə XİN: “Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq

YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Tahir Budaqov: Ümummilli Liderin Türk dünyasında xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır

YAP Sədrinin müavini: Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək