DÜNYA
Donald Tramp yaşayış yerini Nyu-Yorkdan Floridaya dəyişib
Bakı, 1 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp daimi yaşayış yerini Nyu-Yorkdan Florida ştatının Palm-Biç şəhərinə dəyişdiyini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, ABŞ prezidenti bu barədə məlumatı özünün “Twitter” səhifəsinə yerləşdirib.
“Mən və ailəm Palm-Biç şəhərini daimi yaşayış yeri edəcəyik. Nyu-Yorku və onun sakinlərini sevirəm. Hər il şəhərə, ştata və yerli hakimiyyətə milyonlarla dollar vergi vermək məcburiyyətindəyəm, lakin həm şəhərin, həm də ştatın siyasi liderləri mənə pis münasibət bəsləyir. Prezident kimi hər zaman Nyu-Yorka və onun sakinlərinə kömək etməyə hazıram. O, hər zaman qəlbimdə xüsusi yerə malik olacaq”, - dövlət başçısı “Twitter”də belə yazıb.
Bir qədər əvvəl “The New York Times” qəzeti Palm-Biç dairə məhkəməsinin sənədlərinə istinadla Donald Trampın vergi məsələləri ilə bağlı daimi yaşayış yerini dəyişdiyi barədə məlumat yaymışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [12:14]
Laosun şimalında böyük Budda heykəli aşkarlanıb
- 17.05.2024 [11:55]
KXDR Yapon dənizi istiqamətində ballistik raket buraxıb
- 17.05.2024 [11:52]
Braziliyada daşqınlar 150-dən çox insanın həyatına son qoyub
- 17.05.2024 [11:00]
Niderland Avropa İttifaqının miqrasiya siyasətində iştirakdan imtina edəcək
- 17.05.2024 [10:36]
Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb
- 17.05.2024 [10:33]
Fukuşima AES-in suyunun okeana axıdılmasının altıncı mərhələsi başlayıb
- 17.05.2024 [07:47]
ABŞ-da qasırğa nəticəsində azı 4 nəfər ölüb
- 17.05.2024 [06:50]