DÜNYA
Doqquz yüz min danimarkalının fərdi məlumatı səhvən açıq internetdə yayılmışdır
Bakı, 5 iyul (AZƏRTAC). Təxminən 900 min danimarkalının sosial sığorta nömrəsi bir saat ərzində açıq internetdə yayılmışdır. Bu barədə “Ritzaus Bureau” agentliyi məlumat vermişdir.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla verir ki, bu identifikasiya nömrələri danimarkalılar tərəfindən inzibati orqanlar və ya maliyyə idarələri ilə telefon əlaqəsi yaratmaq, eləcə də tibbi xidmətlərdən istifadə zamanı şəxsiyyəti təsdiq etmək üçün istifadə olunur. Nömrələr səhvən “CSC” (Computer Sciences Corporation) kompyuter şirkəti tərəfindən Danimarka şirkətlərindən reklam elanları almaq istəməyən vətəndaşların məlumat bazasına daxil edilmişdir.
“CSC” şirkəti müqavilə əsasında müxtəlif dövlət idarələrinin məlumat bazasının saxlanılmasını, mühafizəsi və idarəetməsini təmin edir. 2012-ci ildə şirkət serverlərə müdaxilə edərək çoxlu məxfi faylları - vətəndaşların sürücülük vəsiqəsi, o cümlədən sosial sığorta nömrələri, Şengen ölkələri zonasında axtarışda olan şəxslər haqqında məlumatları ələ keçirən hakerlərin qurbanı olmuşdur. Əlli bir dəqiqə ərzindən açıq internetdə olan identifikasiya nömrələrinin siyahısı 18 dəfə yüklənmişdir.
İqtisadiyyat və daxili işlər naziri Marqrete Vestaqer vətəndaşların fərdi məlumatlarının yayılmasına görə üzr istəmiş, hadisənin nəticələrinin diqqətlə öyrəniləcəyini bildirmişdir.