DÖVLƏT BAYRAĞI MEYDANININ AÇILIŞI TARİXİ BİR HADİSƏDİR
Bakı, 4 sentyabr (AZƏRTAC). Dövlət Bayrağı Meydanının açılışı həqiqətən tarixi və unudulmaz bir hadisədir.
Bu sözləri Prezident İlham Əliyev sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində demişdir.
Həmin günü ölkəmizdə çox əlamətdar və tarixi bir gün kimi dəyərləndirən dövlətimizin başçısı bu münasibətlə mərasim iştirakçılarını və bütün Azərbaycan xalqını təbrik etmişdir.
Dövlət Bayrağı Meydanının özlüyündə gözəl bir memarlıq abidəsi olduğunu vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, burada Azərbaycanın dövlət rəmzləri - gerbi, himninin mətni, xəritəsi təsvir edilmişdir. Burada, eyni zamanda Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərəcəkdir.
Meydanın ortasında Azərbaycanın dövlət bayrağının ucalacağını qeyd edən Prezident İlham Əliyev bu bayrağın dirəyinin dünyada ən böyük və ən uca olduğunu vurğulamışdır. Dirəyin hündürlüyü 162 metrdir və bu bayraq paytaxtın hər bir yerindən görünür.
Ərazinin abadlaşma işlərinin gələcəkdə davam etdiriləcəyini bildirən dövlətimizin başçısı burada böyük parkların, dənizkənarı bulvarın salınacağını, istirahət üçün gözəl şərait yaradılacağını diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [17:02]
Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib
- 27.05.2026 [16:33]
28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib
- 27.05.2026 [16:18]
1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]