ELM VƏ TƏHSİL
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibəyə qeydiyyat bu gün başa çatır
Bakı, 6 aprel, AZƏRTAC
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün martın 18-də elan olunmuş daxili müsahibəyə qeydiyyat aparılır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, daxili müsahibədə iştirak etmək istəyən namizədlər aprelin 6-sı saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Bu gün saat 10:25-ə olan məlumata görə, müsahibədə iştirak etmək üçün 121 namizəd qeydıyyatdan keçib.
Qeyd edək ki, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 28-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 30-u B növünə (inzibati icraçı) aiddir.
Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 22, İqtisadiyyat Nazirliyində 7, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 6, Dövlət Statistika Komitəsində 6, Dövlət Turizm Agentliyində 4, Maliyyə Nazirliyində 5, Hesablama Palatasında 2, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1, Qida Təhlükəsizliyi Agentliyində 1, Diasporla İş üzrə Dövlət Komitəsində 1, Sumqayıt Apellyasiya Məhkəməsində 1 və Şirvan Apellyasiya Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.