DÖVLƏT PROQRAMI ÇƏRÇİVƏSİNDƏ MÜSABİQƏ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, müvafiq Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrinin magistratura pilləsində təhsil almaq istəyən 2007-2008-ci tədris ili üçün respublikanın ali məktəblərinin magistratura pilləsinə keçirilən imtahanlarda humanitar ixtisaslar üzrə 80, texniki ixtisaslar üzrə 70 və daha çox bal toplayan 86 nəfər bakalavr TQDK-ya müraciət etmişdir.
Bu şəxslərin sənədləri araşdırılmış, onların respublikanın ali məktəblərinin müxtəlif pillələrinə keçirilən qəbul imtahanlarında əldə etdikləri nəticələr, qəbul olunduqları xarici ölkə ali təhsil müəssisələrinin dünya ali məktəblərinin reytinq cədvəlindəki yeri, seçdikləri ixtisasların respublika üçün prioritetlik dərəcəsi təhlil edilmişdir.
Bu şəxslərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M.Abbaszadə və iqtisadi inkişaf nazirinin müavini S.Həsənovanın iştirakı ilə TQDK-nın və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu tərəfindən müsahibə keçirilmiş, onların psixoloji testləşdirilməsi aparılmışdır.
Bütün bu tədbirlər nəticəsində hər bir iddiaçı bərədə rəy tərtib edilmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya yekun qərar qəbul edilməsi üçün təqdim olunmuşdur.
Müvafiq məsələ ilə bağlı yekun qərar qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]