SİYASƏT
Dövlət Sərhəd Xidmətinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər
Bakı, 17 avqust (AZƏRTAC). Avqustun 18-i Azərbaycan Sərhəd Mühafizəsinin yaranması günüdür.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 94-cü ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti avqustun 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşlar.
Sərhədçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzmüşlər.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuş, ilk sərhədçi milli qəhrəman Eldar Məmmədovun məzarı ziyarət edilmişdir.