Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Draqan Vuyoviç: Azərbaycanın iqtisadi inkişaf modeli cəmiyyətin hər bir üzvünün mənafelərinin və rifahının təmin edilməsinə yönəlib

Draqan Vuyoviç: Azərbaycanın iqtisadi inkişaf modeli cəmiyyətin hər bir üzvünün mənafelərinin və rifahının təmin edilməsinə yönəlib Bakı, 5 sentyabr (AZƏRTAC). Serbiya-Azərbaycan strateji tərəfdaşlığının inkişafı üçün geniş imkanlar var və gələcəkdə iki ölkənin yeni sahələrdə səmərəli əməkdaşlığını gözləmək olar.

Serbiya-Azərbaycan Ticarət Palatasının sədrinin birinci müavini, magistr Draqan Vuyoviç TANYUQ agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin səviyyəsini belə qiymətləndirib (bax: http://tanjug.rs/novosti/143561/azerbejdzan-za-srbiju-nije-obicna-drzava.htm).

Azərbaycanın Serbiya üçün heç də adi dövlət olmadığını vurğulayan Draqan Vuyoviç deyib: “Son vaxtlar iki dövlət arasında yeni səviyyələrdə əməkdaşlığı əhatə edən münasibətlərin yüksələn xətt üzrə inkişafı davam edir”.

D.Vuyoviç ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud imkanları Azərbaycanın potensialına dəlalət edən sanballı layihələr nümunəsində nümayiş etdirərək xatırladıb ki, 2014-cü ilin əvvəli iki ölkə arasında intensiv görüşlər və əlaqələrlə yadda qalıb.

D.Vuyoviç deyib: “2014-cü ilin fevral ayında nazir Zakir Həsənovun başçılıq etdiyi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Serbiyaya səfər edib. Bu il martın əvvəlində Belqradda Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası olub. May ayında Serbiyada güclü daşqınlar baş verəndə Serbiyaya humanitar yardım göstərmiş ölkələr haqqında KİV-də dərc edilən məlumatlarda Azərbaycanın adı ən birincilər sırasında idi”.

Magistr deyir ki, Serbiyada Azərbaycan haqqında çox bilirlər. Keçən il Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin prezidentləri dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladılar.

Draqan Vuyoviç deyib: “Bu gün Azərbaycanla Serbiya arasında münasibətlər beynəlxalq aləmdə xristian və müsəlman ölkələri arasında tərəfdaşlıq və dostluq nümunəsi hesab edilir”.

Serbiya kimi, Azərbaycan da mühüm, lakin geosiyasi baxımından mürəkkəb bir regionda yerləşir. Azərbaycan hərbi bloklarda iştirak etməmək yolunu seçib və Qoşulmama Hərəkatında fəal iştirak edir.

O vurğulayıb: “Serbiya kimi, bu ölkə də müharibədən çıxıb. Müharibə zamanı onun ərazisinin 20 faizi işğal edilib. Qonşu Ermənistanla münaqişəyə və 1990-cı illərin əvvəlində baş vermiş vətəndaş müharibəsinə baxmayaraq, Azərbaycan öz ərazisinin 80 faizində iqtisadi inkişafı təmin etməyə nail olub”.

D. Vuyoviç deyib ki, qitədəki başqa dövlətlərin çoxu maliyyə böhranının nəticələrinin öhdəsindən güclə gəldiyi halda, Azərbaycan iqtisadiyyatında coşqun inkişaf müşahidə olunur. Son 10 ildə Azərbaycanda bir milyondan çox yeni iş yeri açılıb. İşsizlik göstəricisi təxminən 5 faiz, ölkənin xarici borcu isə ÜDM-in cəmi 8 faizi qədərdir. Bu göstəricilər üzrə Azərbaycan hətta bəzi inkişaf etmiş ölkələri də qabaqlayır. Son on ildə ölkəyə 190 milyard dollar sərmayə qoyulub. Təkcə keçən il rekord məbləğdə - 28 milyard dollar investisiya cəlb edilib.

D.Vuyoviç vurğulayıb ki, bu cür sanballı inkişaf Azərbaycanın enerji ehtiyatları ixracından, habelə ölkədə daxili siyasi sabitlik və gəlirlərin düşünülmüş şəkildə xərclənməsi sayəsində təmin edilir.

Qeyri-neft sektorunun inkişafı Azərbaycan hökuməti üçün prioritet məsələdir. Təkcə keçən il iqtisadiyyatın qeyri-neft sektorunda artım 10 faiz olub. Sabitlik isə onunla təmin olunur ki, Azərbaycan əhalisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə yüksək etimad bəsləyir. Bu siyasətin əsasını təşkil edən iqtisadi inkişaf modeli Azərbaycan cəmiyyətinin hər bir üzvünün mənafelərinin və rifahının təmin edilməsinə yönəlib.

Vuyoviç son bir neçə ildə Azərbaycanda reallaşdırılmış iri layihələrdən bir neçəsini qeyd etməyi vacib sayır. Onlardan biri “ASAN xidmət” və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Vuyoviç “ASAN xidmət” adının mənasını izah edərək bildirir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu xidmətin mahiyyəti “müştərilərin razı qalması” ideyasının dövlət idarəçiliyinə tətbiq edilməsi, dövlət strukturlarının məlumat bazalarının inteqrasiyası və ölkədə elektron xidmətlərin təkmilləşdirilməsi deməkdir. “ASAN xidmət” mərkəzlərində Azərbaycan vətəndaşları cəmi bir neçə dəqiqə ərzində vətəndaşlıq vəziyyəti aktlarını, hüquqi şəxslər isə vergi ödəyicilərinin sənədlərini qeydiyyatdan keçirir, şəxsiyyət vəsiqələri, müxtəlif arayışlar alırlar.

Respondentin sözlərinə görə, Gürcüstanda, Rusiyada, Estoniyada, Qazaxıstanda da oxşar qurumlar var, lakin “ASAN xidmət” kimisi heç yerdə yoxdur. Vuyoviç deyir: “Təsadüfi deyil ki, bu yaxınlarda həmin layihə Avropa Parlamentində təqdim olunarkən deputatlardan biri (Vuyoviç Kristina Oyulandı nəzərdə tutur. AZƏRTAC bu haqda yazmışdı - bax: http://azertag.az/ru/node/1195289) qeyd etdi ki, yaxın vaxtlara qədər Azərbaycan özünün neft-qaz sərvətləri ilə məşhur idi, bu gün isə o, rəqəmsal identifikasiyaların inkişaf səviyyəsinə görə Avropa İttifaqı ölkələrindən irəlidədir”.

İlk Azərbaycan peyki (“Azerspace-1”) orbitdədir. Draqan Vuyoviçin sözlərinə görə bu layihə informasiya təhlükəsizliyinin təmin olunmasına, iqtisadiyyatın telekommunikasiya tələbatının ödənilməsinə, telekommunikasiya strukturunun inkişafına, elm tutumlu yeni layihələrin həyata keçirilməsinə xidmət edəcəkdir.

Onun fikrincə, “ADA” Universiteti (Azerbaijan Diplomatic Academy) öz təhsil imkanlarına görə bütün Cənubi Qafqazda biliklər adası hesab edilir.

Vuyoviç deyir: “Diplomatik Akademiya 2006-cı ildə Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən Xarici İşlər Nazirliyinin nəzdində azərbaycanlı diplomatların hazırlanması üçün ixtisaslaşdırılmış müəssisə kimi yaradılıb. Lakin “Azərbaycan-2020” İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş məqsədlər baxımından Azərbaycan iqtisadiyyatının bütün sahələrində yüksək ixtisaslı kadr potensialının artırılması zərurəti yarandı və artıq 2013-cü ildən ADA-da dövlət idarəçiliyi və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları, habelə humanitar və dəqiq elmlər üzrə məktəblər fəaliyyət göstərir”.

Serbiya Prezidenti Tomislav Nikoliç 2013-cü ildə Azərbaycana səfəri çərçivəsində bu müəssisədə, habelə İvo Andriçə həsr olunmuş sərgidə olub. Bu ali məktəbin yaşının nisbətən az olmasına baxmayaraq, burada artıq 27 ölkədən tələbələr oxuyur.

D.Vuyoviç xatırladır: “Avropa komissarı Ştefan Fyulenin Bakıya səfəri zamanı “prestijli akademiya” adlandırdığı bu tədris müəssisəsinin “green and smart” kampusu diqqəti cəlb edir”.

Draqan Vuyoviçin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri 1990-cı illərdə Azərbaycan neftinin və qazının Avropaya nəql edilməsi üçün başlanıb. Bu gün həmin layihələr Azərbaycan üçün “success story” sayılır.

Bir neçə il bundan əvvəl Azərbaycan özünün əlverişli coğrafi mövqeyini və tranzit imkanlarını bir daha qiymətləndirərək öz qonşuları Türkiyə və Gürcüstanla əməkdaşlıqda daha bir beynəlxalq layihə həyata keçirməyi - Böyük İpək Yolunun dirçəldilməsi proqramının tərkib hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsini qərara aldı.

O vurğulayır: “Hesab edilir ki, Avropanın və Asiyanın dəmir yollarını birləşdirəcək bu layihə Çindən Avropaya və əks istiqamətdə sərnişin və yük daşımağa imkan verəcəkdir. Layihə o qədər ambisiyalı və maraqlıdır ki, Qazaxıstan artıq indidən həmin dəmir yolu vasitəsilə hər il böyük həcmdə yük daşımaq arzusunu bildirib”.

D.Vuyoviç qeyd edib ki, müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin yığcam halda yaşadığı polietnik ölkə olan Azərbaycan həmişə konfessional və irqi dözümlülük ənənələri ilə fərqlənib.

Azərbaycan rəhbərliyi multikulturalizm ənənələrini dövlət siyasəti dərəcəsinə çatdırıb. Bu gün ölkədəki bütün dini və etnik qrupların nümayəndələri sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycan multikulturalizm modeli ölkə hüdudlarından kənarda da geniş qəbul edilib. Elə buna görə artıq bir neçə ildir ki, yüksək vəzifəli şəxslərin də iştirak etdikləri Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu və Bakı Humanitar Forumu Bakıda keçirilir.

Belqradda Bayraqlı-cami məscidinin bərpası və Novi Sad şəhərində müqəddəs Petka Kilsəsinin inşa edilməsi Azərbaycan multikulturalizminin praktiki təcəssümüdür.

Vuyoviç Azərbaycanın dəstəyi ilə BMT çərçivəsində Bosniya və Herseqovinanın Doboy şəhərində azərbaycanlıların şəxsi sərmayələri hesabına həyata keçirilən “Etimad” layihəsini xatırladıb. Dəyəri 40 milyon avrodan artıq olan bu layihəyə əsasən, “Bosanka” brendli kənd təsərrüfatı məhsullarının emalı üzrə zavod tikilməsi nəzərdə tutulur. Bu müəssisədə üç etnik qrupun nümayəndələri - serblər, xorvatlar və bosniyalılar işləyəcəklər.

Draqan Vuyoviç sonda əmin olduğunu bildirib ki, həm Azərbaycanın, həm də Serbiyanın imkanlarının hərtərəfli təhlili Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın reallaşdırılması üçün geniş perspektivlər olduğunu göstərir. O deyib: “Qəti əminəm ki, tərəflər özləri də bunu yaxşı başa düşür və qarşıdakı illərdə biz Serbiya-Azərbaycan əməkdaşlığında yeni səhifələrin şahidləri olacağıq”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: NATO üzvləri kəşfiyyat təyyarələri tərəfindən toplanmış məlumatları Ukrayna ilə paylaşır

Albaniyanın əhalisi son 13 ildə 14 faiz azalıb

Putin və Lukaşenko Astanada ŞƏT sammiti çərçivəsində görüşəcəklər

Media: ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını və digər hərbi texnikanı köçürüb

Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub