Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA İQTİSADİ FORUMUNUN “MƏRKƏZİ ASİYADA SABİTLİK” MÖVZUSUNA HƏSR OLUNMUŞ İCLASI

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Dünya İqtisadi Forumunun keçirildiyi “Vuldorf-Astoriya” mehmanxanasına gəldi. Prezident Heydər Əliyevi Mərkəzi Asiya regionu üzrə aparıcı mütəxəssis, ABŞ-ın Kolumbiya Universitetinin professoru, səfir Stiven Sestanoviç hörmətlə, ehtiramla qarşıladı. O, Davos İqtisadi Forumunda iştirak etmək üçün Nyu-Yorka səfərə gəldiyinə görə Azərbaycan Prezideni Heydər Əliyevə dərin minnətdarlığını və təşəkkürünü bildirdi. 

Sonra “Vuldorf-Astoriya” mehmanxanasının böyük salonunda Forumun “Mərkəzi Asiyada sabitlik” mövzusuna həsr olunmuş iclası keçirildi. İclasda Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edirdi.

Region dövlətlərinin yüksək vəzifəli şəxslərinin, iri korporasiyaların, şirkətlərin rəhbərlərinin, işgüzar dairələrin nümayəndələrinin, siyasi xadimlərin toplaşdığı iclası ona sədrlik edən səfir Stiven Sestanoviç açaraq, çıxış üçün ilk sözü Azərbaycan Prezidenti Heydər Əliyevə verdi.

DÜNYA İQTİSADİ FORUMUNUN İCLASINDA

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN

ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Mən sizi burada, Nyu-Yorkda, 11 sentyabr hadisələri ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edən Davos forumunda salamlayıram. Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində baş vermiş terror aktından sonra biz hamımız həyəcanlı və son dərəcə narahatıq. Ona görə də indi biz hamımız səylərimizi beynəlxalq terrorizmlə birgə mübarizə üçün birləşdiririk.

Bununla əlaqədar Mərkəzi Asiyadakı, Qafqazdakı vəziyyət xüsusi əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, elə bu görüş də onların probleminə həsr olunmuşdur. Əlbəttə, hər bir ölkədə, hər bir regionda çoxlu müxtəlif problemlər var. Bizim hamımız üçün eyni dərəcədə vacib və eyni dərəcədə təhlükəli olan bir problem var - bu, beynəlxalq terrorizm problemidir.

Beynəlxalq terrorizmin qaynaqları cürbəcürdür. Onlar müxtəlif regionlarda müxtəlif səbəblər üzündən yaranır. Əgər Mərkəzi Asiyanı və Qafqazı götürsək, onda görərik ki, təcavüzkar separatizm kimi səbəb bu səbəblər arasında daha çox təzahür edir. Separatizm, xüsusən təcavüzkar separatizm nə kimi pərdə altında gizlənsə də, onda terrorizm də var, bir çox başqa təzahürlər də. Separatizm silah toplanmasına, çox vaxt qanunsuz vəsait toplanmasına,- o cümlədən də narkotik maddələrin qanunsuz dövrüyyəsi hesabına,- gətirib çıxarır. Həm də bütün bunlar əvvəlcə separatizm formasında olur və sonra, təbii ki, terrorizm səviyyəsinə çıxır.

Bildiyiniz kimi, Qafqazı artıq neçə illərdir separatizm və bunula əlaqədar hərbi münaqişələrə bürümüşdür: Dağlıq Qarabağla əlaqədar Ermənistanla Azərbaycan arasında münaqişə, Gürcüstanda gürcü-abxaz və Cənubi Osetiya münaqişələri, Şimali Qafqazda, Çeçenistanda münaqişə. Hər yerdə də silah, hər yerdə də qətllər, hər yerdə də zorakılıq.

Separatizm terrorizm forması alır və həm də belə bir təhlükə törədir ki, separatçıların ələ keçirdikləri ərazilər, ümumiyyətlə, nəzarətsiz ərazilərə çevrilir. Məsələn, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini götürək. Bu ərazidə münaqişə məhz separatçılıq niyyətlərinə görə başlanmış, sonra Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmiş və nəticədə Azərbaycan ərazisinin təxminən 16 min kvadratkilometr hissəsi nəzarətsiz sahəyə çevrilmişdir, daha dəqiq desək, qanunsuz silahlı qüvvələrin nəzarətində qalmışdır. Bu əraziyə dünya birliyi, heç bir beynəlxalq təşkilat nəzarət etmir. Təbii ki, orada çoxlu silah toplanmışdır, orada narkotik maddələrin qanunsuz dövriyyəsi də ola bilər. Deməli, bu, münaqişə törətmək mənbəyidir, terrorizm mənbəyidir.

Odur ki, beynəlxalq terrorizmlə mübarizə apararkən terrorizmin mənşəyinini, müxtəlif formalarını və növlərini nəzərə almaq lazımdır. Hərbi münaqişələrin aradan qaldırılması beynəlxalq terrorizmin meydana gəlməsinin mümkünlüyünü məhdudlaşdırmaq üçün çox ciddi və mühüm tədbirdir.

Bu çox mühüm məsələlərin müzakirəsində hamınıza uğurlar arzulayıram. Sağ olun.

/Respublikamızın Prezidentinin çıxışı iclas iştirakçıları tərəfindən böyük maraqla dinlənildi və alqışlarla qarşılandı/.

X X X

Sonra regionun bir sıra ölkələrinin nümayəndə heyətlərinin başçıları çıxış edərək, 11 sentyabr hadisələri ilə əlaqədar Davos Dünya İqtisadi Forumunun Nyu-Yorkda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını, beynəlxalq terrorizmə, təcavüzkar separatizmə qarşı mübarizənin daha da gücləndirilməsində bütün ölkələrin və xalqların səylərinin birləşdirilməsinin vacib olduğunu bildirdilər. Bir sıra natiqlər Azərbaycan Prezidenti Heydər Əliyevin söylədiyi fikirləri yüksək dəyərləndirdilər.

ABŞ-ın “Şevron” şirkətinin keçmiş vitse-prezidenti Riçard Matske öz çıxışında Azərbaycan Prezidentinin bölgədə sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması sahəsində gördüyü tədbirləri yüksək dəyərləndirərək dedi:

-Azərbaycan Prezidenti Heydər Əliyev bölgədə təhlükəsizliyin qorunub saxlanılması sahəsind çox böyük siyasi müdriklik göstərmiş, böyük təcrübəyə malik olduğunu bir daha nümayiş etdirmişdir. Biz Prezident Heydər Əliyevlə dialoqla işə başlayaraq regiona gəlmişik. Nəticədə bir sıra fundamental məsələlər həll olunmuş, Xəzərin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün boru kəmərlərinin çəkilməsi və bölgənin inkişafı üçün böyük işlər görülmüşdür.

Xəzər regionu vaxtilə sabit region sayılmırdı. Lakin biz başa düşürük ki, regionda olan münaqişələr, problemlər dialoq yolu ilə həll oluna bilər. Əgər biz Xəzər hövzəsi və Mərkəzi Asiya regionunu qlobal iqtisadiyyatda güclü bir qüvvə kimi görmək istəyiriksə, istəyiriksə ki, bu regiona daxil olan ölkələr öz qədim mədəniyyətləri ilə dünya mədəniyyətinə lazımi töhfələr versinlər, onlarla dialoq yolu ilə danışmalıyıq.

X X X

Dünya İqtisadi Forumunda iştirak edən Monqolustanın baş naziri Nambarın Enhbayar, Əfqanıstanın xarici işlər naziri Abdulla Abdulla, Türkiyənin xarici işlər naziri İsmayıl Cəm, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan, İran, Rusiya və Qazaxıstan nümayəndələri, habelə səfir Stiven Sestanoviç, “Şevron” şirkətinin keçmiş vitse-prezilenti Riçard Matske və başqaları iclasdan sonra Azərbaycan Prezidenti Heydər Əliyevə yaxınlaşaraq, onunla səmimiyyətlə görüşdülər, bir sıra məsələlər barədə fikir mübadiləsi etdilər. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib