Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Bakı, 10 avqust, AZƏRTAC

ABŞ-nin Dövlət katibi Marko Rubionun Vaşinqtonun Ermənistan-Azərbaycan sülh prosesinə sadiqliyini bir daha təsdiqləyən son bəyanatı Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyır. Bu açıqlama Azərbaycan baxımından mühüm diplomatik uğur kimi də qiymətləndirilə bilər. Rubionun bəyanatı Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın onilliklərdir davam edən münaqişəyə son qoymaq məqsədilə tarixi çərçivə irəli sürdükləri Vaşinqton sammitinin ildönümünə təsadüf edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Pakistanın beynəlxalq münasibətlər üzrə eksperti, “Gulf Observer Research Forum”un sədri Məhəmməd Əli Paşanın “Azərbaycan yeni regional düzənin əsas aktorlarından birinə çevrilir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Bakı üçün əsas məqamlardan biri sülh prosesinin getdikcə köhnə çoxtərəfli vasitəçilik mexanizmlərindən uzaqlaşaraq Azərbaycan və Ermənistan arasında birbaşa dialoq üzərində qurulmasıdır. Vaşinqton prosesi Azərbaycanın regional mövqeyinə də yeni məzmun qazandırıb. Azərbaycan artıq yalnız uzun illər davam etmiş münaqişənin tərəflərindən biri kimi deyil, Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik və iqtisadi arxitekturanın əsas iştirakçılarından biri kimi çıxış edir.

ABŞ-nin prosesə dəstəyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Vaşinqton sülh gündəliyinə yalnız atəşkəs və ya münaqişənin dayandırılması məsələsi kimi deyil, daha geniş regional perspektivdən yanaşır. Belə yanaşma Azərbaycanın diplomatik imkanlarını genişləndirir, eyni zamanda, dövlətlərarası münasibətlər, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan nizamlanmanın beynəlxalq legitimliyini gücləndirir.

TRIPP Azərbaycan üçün mühüm strateji üstünlüyə çevrilə bilər

Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri təklif olunan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılmasıdır. Layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının təmin edilməsini, eyni zamanda, Cənubi Qafqaz boyunca daha geniş nəqliyyat və iqtisadi əlaqələrin qurulmasını nəzərdə tutur.

Bu təşəbbüsün Azərbaycan üçün əhəmiyyəti yalnız nəqliyyat bağlantısı ilə məhdudlaşmır. Marşrutun reallaşdırılması Azərbaycanın Naxçıvanla əlaqələrini gücləndirməklə yanaşı, Xəzər regionu ilə Türkiyə arasında ticarət və tranzit imkanlarını genişləndirə bilər. Bu, həmçinin Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit qovşağı kimi mövqeyinin möhkəmlənməsinə, regional infrastruktura beynəlxalq investisiyaların cəlb edilməsinə və alternativ marşrutlardan asılılığın azalmasına töhfə verə bilər.

ABŞ-nin prosesdə iştirakı isə təşəbbüsə daha geniş beynəlxalq və strateji ölçü qazandırır. Beləliklə, marşrut yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində nəzərdən keçirilən ikitərəfli məsələ olmaqdan çıxaraq, daha geniş regional iqtisadi və geosiyasi maraqlarla əlaqələndirilən layihəyə çevrilir.

Sülh prosesi Azərbaycanın suverenlik və ərazi bütövlüyünə verdiyi önəmi təsdiqləyir

Vaşinqton prosesi çərçivəsində istifadə olunan siyasi və diplomatik formullar da xüsusi əhəmiyyət daşıyır. 2025-ci il Birgə Bəyannaməsində kommunikasiyaların dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsipləri əsasında açılmasının vacibliyi vurğulanıb. Bu yanaşma Azərbaycanın diplomatik mövqeyi baxımından mühüm məna kəsb edir. Bakı uzun illərdir regionda davamlı sülhün beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət və dövlətlərin suveren bərabərliyi prinsipləri əsasında qurulmasının vacibliyini önə çəkir. Bu baxımdan dövlətlərarası sülh modelinə keçid əvvəlki münaqişə məntiqindən uzaqlaşaraq münasibətlərin birbaşa diplomatik əsaslar üzərində qurulmasına yönəlmiş yeni mərhələ kimi qiymətləndirilə bilər. Belə yanaşma Azərbaycanın uzun illər ərzində danışıqlar prosesində müdafiə etdiyi prinsiplərlə də böyük ölçüdə uzlaşır.

ABŞ-nin iştirakı köhnə münaqişə modelinə qayıdış imkanlarını məhdudlaşdırır

Azərbaycanın strateji maraqları baxımından ABŞ-nin prosesdə iştirakının davam etməsi Cənubi Qafqazın əvvəlki onilliklərə xas həll olunmamış status-kvoya qayıtması ehtimalını da azaldır.

Vaşinqton prosesi ATƏT-in Minsk qrupu çərçivəsinin aradan qalxmasına töhfə verməklə yanaşı, ABŞ-nin formalaşmaqda olan yeni regional düzəndə mühüm xarici aktorlardan biri kimi rolunu gücləndirib.

Bu dəyişiklik Bakı üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan uzun illər əvvəlki vasitəçilik mexanizmlərinin davamlı sülhün əldə olunmasında nəticə vermədiyini bildirirdi. Yeni diplomatik arxitekturanın formalaşması isə Azərbaycana postmünaqişə reallıqlarını möhkəmləndirmək, münasibətləri yeni prinsiplər əsasında qurmaq və keçmiş münaqişə dövrünə aid siyasi mexanizmlərə qayıdışın qarşısını almaq üçün əlavə imkanlar yaradır.

Azərbaycanın geosiyasi əhəmiyyəti artır

Daha geniş geosiyasi mənzərə də Azərbaycanın regional mövqeyinin möhkəmləndiyini göstərir.

Cənubi Qafqaz Avropa, Mərkəzi Asiya, Türkiyə, Rusiya və Yaxın Şərqi birləşdirən mühüm coğrafi məkanda yerləşir. Azərbaycanın əlverişli mövqeyi, enerji resursları, Xəzər dənizinə çıxışı və inkişaf etmiş nəqliyyat infrastrukturu ölkənin regional və beynəlxalq əhəmiyyətini artıran əsas amillər sırasındadır.

Yeni Şərq-Qərb bağlantılarının inkişafı Azərbaycanın bu potensialını daha da genişləndirə bilər. Təklif olunan TRIPP çərçivəsində nəqliyyat, enerji və rəqəmsal infrastrukturun əlaqələndirilməsi Azərbaycan, Naxçıvan, Türkiyə və daha geniş beynəlxalq bazarlar arasında iqtisadi inteqrasiyaya yeni imkanlar aça bilər. Bütün bunlar Cənubi Qafqazın artan geosiyasi və geoiqtisadi əhəmiyyətini də ön plana çıxarır.

Bakı üçün isə sülh artıq yalnız təhlükəsizliyin təmin olunması məsələsi deyil. Davamlı sülh və regional kommunikasiyaların açılması Azərbaycanın tranzit imkanlarını genişləndirən, iqtisadi potensialını artıran və geosiyasi çəkisini yüksəldən mühüm amilə çevrilə bilər.

Əsas çağırış: siyasi öhdəlikləri praktik icraya çevirmək

Siyasi bəyanatlar mühüm əhəmiyyət daşısa da, sülh prosesinin uğuru nəticə etibarilə konkret addımlardan asılı olacaq. Buraya sülh sazişinin rəsmi şəkildə imzalanması və ratifikasiyası, etibarlı nəqliyyat bağlantılarının yaradılması, sərhədyanı iqtisadi əməkdaşlıq üçün praktiki mexanizmlərin formalaşdırılması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə davamlı hörmət, eləcə də yeni hərbi qarşıdurmaların qarşısını alacaq təminatların yaradılması daxildir.

Bu baxımdan ABŞ-nin hazırkı mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Vaşinqtonun sülh prosesinə siyasi dəstəyini davam etdirməsi və Marko Rubionun son bəyanatı göstərir ki, ABŞ Vaşinqton təşəbbüsünə birdəfəlik diplomatik hadisə kimi deyil, regionda uzunmüddətli sabitliyə və yeni münasibətlər sisteminin formalaşmasına xidmət edən proses kimi yanaşır.

Azərbaycan baxımından ABŞ-nin sülh prosesinə dəstəyini yenidən təsdiqləməsi adi diplomatik bəyanatdan daha geniş məna daşıyır. Bu mövqe Ermənistan-Azərbaycan normallaşmasının Vaşinqtonun Cənubi Qafqaza yanaşmasında mühüm yer tutduğunu göstərir.

Formalaşmaqda olan yeni çərçivə Azərbaycan üçün bir sıra strateji imkanlar yarada bilər. Bunlara postmünaqişə reallıqlarının beynəlxalq səviyyədə daha geniş qəbul edilməsi, suverenlik və ərazi bütövlüyü prinsiplərinin ön plana çıxması, Naxçıvanla bağlantıların yaxşılaşdırılması, regional ticarət imkanlarının genişlənməsi və Azərbaycanın Şərq-Qərb nəqliyyat sistemində mövqeyinin daha da möhkəmlənməsi daxildir.

Bu kontekstdə təklif olunan TRIPP layihəsi xüsusi yer tutur. Layihənin reallaşdırılması Azərbaycanın əlverişli coğrafi mövqeyini daha böyük iqtisadi və geosiyasi üstünlüyə çevirmək potensialına malikdir. Təşəbbüs uğurla həyata keçirilərsə, Cənubi Qafqazın qarşıdurmalarla assosiasiya olunan regiondan Avropa, Türkiyə, Xəzər hövzəsi və Mərkəzi Asiyanı birləşdirən mühüm nəqliyyat və iqtisadi məkana çevrilməsinə töhfə verə bilər.

Beləliklə, Bakı baxımından ABŞ-nin sülh prosesinə davamlı dəstəyi Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi diplomatik nəticələrin möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır. Eyni zamanda, davamlı sülhün təmin olunması və regional kommunikasiyaların açılması Azərbaycanın daha geniş Avrasiya məkanında mühüm nəqliyyat, iqtisadi və strateji mərkəzlərdən biri kimi rolunu gücləndirə bilər.

Müxbir - Günel Türksoy

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Политолог: Мы на протяжении 30 лет ждали случая, когда сами сможем реализовать свои планы

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO