“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan enerjinin həcmi açıqlanıb
Bakı, 10 avqust, AZƏRTAC
“İsmayıllı-2” kiçik su elektrik stansiyasında (KSES) istismar edildiyi tarixdən cari ilin iyulun 1-dək ümumilikdə 34 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 2016-cı ilin 10 avqust tarixində İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında ümumi gücü 1,581 MVt olan “İsmayıllı-2” kiçik su elektrik stansiyasının açılışı olub.
KSES-lərdə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:33]
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
- 10.08.2026 [12:27]