Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
Berlin, 10 avqust, AZƏRTAC
Almaniyada 15-24 yaşlı gənclərin əhalinin ümumi sayında payı tarixi minimum səviyyəyə düşüb.
AZƏRTAC xəbər verir ki, Federal Statistika İdarəsinin (Destatis) məlumatına əsasən, 2025-ci ilin sonuna ölkədə 8,3 milyon nəfər bu yaş qrupuna daxil olub. Bu, Almaniya əhalisinin 10 faizini təşkil edib.
Gənclərin ümumi əhalidə payı artıq 2020-ci illərin əvvəlindən etibarən ən aşağı səviyyədədir. Müqayisə üçün, 1983-cü ildə indiki Almaniya ərazisində hər altı nəfərdən biri 15-24 yaşında olub və bu göstərici 16,7 faiz təşkil edib.
Ötən il gənclərin payı ölkənin şərq əyalətlərində daha aşağı olub. Brandenburqda göstərici 8,8 faiz, Meklenburq-Ön Pomeraniya və Saksoniya-Anhaltda 9,1 faiz təşkil edib. Ən yüksək göstəricilər Bremen (11,1 faiz), Hamburq (10,5 faiz) və Baden-Vürtemberqdə (10,4 faiz) qeydə alınıb.
Məlumata əsasən, Almaniyada miqrasiya keçmişi olan əhali arasında gənclərin payı daha yüksəkdir. 2025-ci ildə bu göstərici həmin qrupda 12,2 faiz, miqrasiya keçmişi olmayan əhali arasında isə 8,5 faiz olub.
Bu nisbət Avropa İttifaqı üzrə orta göstəricidən də aşağıdır. 2025-ci il yanvarın 1-nə İttifaq məkanında 15-24 yaşlıların orta payı 10,7 faiz olub. Ən yüksək göstərici İrlandiyada (12,7 faiz), ən aşağı göstərici isə Maltada (9,4 faiz) qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]