“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib
Bakı, 10 avqust, AZƏRTAC
İspaniyanın "Barselona" klubu rəsmi saytındakı "Əfsanələr" bölməsinə hazırda ABŞ-nin "Çikaqo Fayr" komandasında oynayan keçmiş futbolçusu Robert Levandovskini də daxil edib.
AZƏRTAC xəbər verir ki, bununla da polşalı hücumçu Kataloniya təmsilçisinin tarixində ən əhəmiyyətli iz buraxan oyunçuların siyahısına qoşulub. Bu bölmədə, həmçinin Lionel Messi, Xosep Qvardiola, Dieqo Maradona, Yohan Kroyff və dünya futbolunun digər əfsanələri yer alır.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayından 2026-cı ilin iyun ayına qədər "Barselona"da çıxış edib. O, kataloniyalıların heyətində 193 oyun keçirib, 120 qol vurub və 24 məhsuldar ötürmə edib. Forvard “Barselona” ilə 2 dəfə İspaniya La Liqasının, bir dəfə ölkə kubokunun, 3 dəfə isə Superkubokun qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]
Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub
- 10.08.2026 [13:23]
Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib
- 10.08.2026 [13:00]
Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb
- 10.08.2026 [12:31]
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar
- 10.08.2026 [11:48]
Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq
- 10.08.2026 [11:10]
Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb
- 10.08.2026 [10:50]