DÜNYA POÇT İTTİFAQININ REGİON ÜZRƏ MƏSLƏHƏTÇİSİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, aprelin 14- dən 18-dək Dünya Poçt İttifaqının (DPİ) region üzrə məsləhətçisi Yan Masak Azərbaycanda səfərdə olacaqdır.
Səfərin məqsədi DPİ-nin xidmət keyfiyyətinin yaxşılaşdırılması üzrə “Poçt şöbəsinin inkişafı və genişləndirilməsi” layihəsinin qiymətləndirilməsidir.
Səfər çərçivəsində Y.Masakın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ”Azərpoçt” Dövlət Müəssisəsinin rəhbər işçiləri ilə görüşü təşkil ediləcək, Poçt Daşınma Mərkəzində istifadə olunan ötürülmə cihazlarına baxış keçiriləcəkdir.
Y.Masak Azərbaycan poçt qurumunun fəaliyyəti ilə tanış olduqdan sonra, DPİ-də hesabatla çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:52]
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO
- 05.06.2026 [11:50]
® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 05.06.2026 [11:48]
Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT
- 05.06.2026 [11:41]