SİYASƏT
Düşmən cavab atəşi ilə susdurulmuşdur
Bakı, 15 avqust (AZƏRTAC). Ermənistan ordusunun bölmələri avqustun 14-də və 15-də gecə Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tap Qaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çaylı, Çiləbürt kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [18:40]
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO
- 27.06.2024 [17:44]