Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əbdürrəhman Hamisi: Son onillikdə Azərbaycanın sanballı uğurlarının arxasında yeni formasiya siyasətçisi İlham Əliyev dayanır

Qahirə, 25 iyun (AZƏRTAC). “Son onillikdə Azərbaycanın sanballı uğurlarının arxasında yeni formasiya siyasətçisi İlham Əliyev dayanır”. Misirli məşhur yazıçı, ssenarist və tərcüməçi Əbdürrəhman Hamisi bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi eksklüziv müsahibədə söyləmişdir.

Onun sözlərinə görə, bugünkü Azərbaycan - dövlətin səriştəli və uzaqgörənliklə idarə edilməsi, ölkənin sabit gələcəyinin qurulması baxımından bir örnəkdir. Yazıçı demişdir: “Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəni keyfiyyətcə yeni səviyyəyə çatdırmışdır. Son 10 ildə Azərbaycanda siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində möhtəşəm dəyişikliklər baş vermişdir. Şübhəsiz, son illərdə qazanılmış bütün bu uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır. O, yeni dövrün, yeni formasiyanın təcrübəli siyasətçisi kimi, qlobal dünya siyasətindən yaxşı baş çıxarır, aktual meyilləri, qlobal çağırışları aydın görür və ölkənin hansı yolla getməli olduğunu düzgün təyin edir. Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Əminəm ki, Azərbaycan xalqının əksəriyyəti İlham Əliyevin namizədliyinə, yəni sabitliyə və firavanlığa səs verəcəkdir. Mən gördüklərimə əsasən belə fikirləşirəm. Azərbaycanın sıçrayış xarakterli dinamik inkişafı hamı üçün aşkar faktdır. Bu, təkcə mənim subyektiv fikrim deyildir, Azərbaycanın uğurlarını obyektiv qiymətləndirən çoxsaylı tədqiqatlar və monitorinqlər də belə düşünməyə əsas verir”.

Bugünkü Azərbaycanı möcüzə adlandıran A.Hamisi vurğulamışdır: “Azərbaycan təkcə zahiri əlamətlərinə görə deyil, mahiyyət etibarilə Avropanın və dünyanın ən yaxşı ölkələrindən birinə çevrilmişdir. Bakı bir möcüzədir, azərbaycanlılar bu möcüzəni çox qısa müddətdə yarada bilmişlər. Bu ecazkar şəhərdə köhnə Bakının memarlığı qorunub saxlanmış və Avropanın bir sıra ölkələri ilə müqayisədə onlardan qat-qat yaxşı olan müasir, təmiz, gözəl şəhər yaradılmışdır. Bu ölkə məni valeh etmişdir. Bugünkü Azərbaycan bir tərəfdən milyardlarla vəsaitin, digər tərəfdən - sakinlərin öz ölkəsinə hədsiz sevginin nəticəsidir”.

Əbdürrəhman Hamisi Azərbaycanın iqtisadi siyasəti mövzusuna toxunaraq qeyd etmişdir ki, Azərbaycan öz məxsusi iqtisadi modelini və maliyyə siyasətini yaratmağa nail olmuşdur. Bu uğurlar onun həm dünya maliyyə böhranından yan keçməsinə, həm də davamlı inkişaf nümayiş etdirməsinə, regionun liderinə çevrilməsinə imkan vermişdir. Azərbaycan regionda sabitlik, təhlükəsizlik və firavanlıq adasını xatırladır. Hamisi demişdir: “Məsələn, mən Bakıda olarkən yaşadığım mehmanxananın xadiməsindən onun aylıq məvacibini soruşdum. Məlum oldu ki, o, ayda 500 manat əməkhaqqı alır! Bu, bir sıra əlamətlərə görə çox yüksək məvacibdir, özü də təkcə xidmət heyəti üçün yox. Bu fakt əyani şəkildə göstərir ki, Azərbaycanda həyat səviyyəsi günbəgün artır, bu ölkədə böhrandan əsər-əlamət yoxdur, əksinə, Azərbaycan yüksəliş yollarındadır!

Əbdürrəhman Hamisinin fikrincə, Azərbaycan dünya xəritəsində nisbətən kiçik ölkə olsa da, beynəlxalq birlikdə böyük nüfuz qazanmışdır. O deyir: “Ölkənin nüfuzu və beynəlxalq reytinqi günbəgün artır. Mənim müşahidələrimə görə, son on ildə hətta bizim Misirdə də insanlar Azərbaycan haqqında, onun siyasəti, mədəniyyəti, iqtisadi uğurları barədə daha çox məlumat əldə etməyə başlamışlar. Qeyd etmək lazımdır ki, Azərbaycan səfirliyi də ölkənizin reallıqlarının populyarlaşması üçün çox iş görür. O, müxtəlif tədbirlər keçirir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə, ölkənizin bütün səviyyələrdə qazandığı uğurlar barədə ictimaiyyətə məlumat verir. Bununla yanaşı, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərin - konfransların, idman yarışlarının, musiqi müsabiqələrinin keçirildiyi bir məkana çevrilmişdir. Bakıda unudulmaz “Eurovision” musiqi müsahibəsini xatırlamaq, yaxud dünyada ilk dəfə keçiriləcək Avropa oyunlarını qeyd etmək kifayətdir. Bu, sizin dövlətinizin sabit və inkişaf etmiş bir ölkə kimi nüfuzunu, onun möhkəm mövqeyini göstərən çox əlamətdar faktdır. Bəzən təəccüblənirik ki, Azərbaycanda az qala hər həftə nə isə bir əlamətdar hadisə baş verir. Bakı küçələrindəki təmizlik və səliqə-sahman da məni heyran etdi, çünki bunlar mədəniyyətin ən birinci əlamətlərindəndir. Bir daha təkrar edirəm, Azərbaycan qədim və sivilizasiyalı bir xalqın məskəni olan çox gözəl Avropa ölkəsidir. Azərbaycanın inkişaf sürəti isə sadəcə heyrət doğurur - ölkənin hər yerində genişmiqyaslı tikinti və yenidənqurma işləri aparılır. Belə gözəl ölkə yaratmış Azərbaycan dövlətinin rəhbərliyi və Azərbaycan xalqı ən yüksək tərifə və böyük ehtirama layiqdir.

Yazıçı xüsusi vurğulamışdır ki, ölkəmizin möhtəşəm uğurları əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasətlə bilavasitə bağlıdır. Heydər Əliyev ölkəni dağılmaq və parçalamaq təhlükəsindən xilas etmiş, “Əsrin müqaviləsi”nin imzalanması təşəbbüsünü irəli sürmüş, Azərbaycan neftinin dünya bazarlarına nəql olunmasının əsasını təmin etmiş, siyasi və iqtisadi islahatlara başlamış, bazar iqtisadiyyatına keçid üçün şərait yaratmışdır. Alim deyir: “Hesab edirəm ki, Sovet İttifaqının dağılması postsovet məkanındakı bütün respublikaları, o cümlədən Azərbaycanı da sunami kimi məhv edə bilərdi. Bu yeni dövlətlərin də Heydər Əliyev kimi liderə, onun kimi nəhəng siyasətçiyə, böyük şəxsiyyətə ehtiyacı vardı. Azərbaycanı sabitlik və təhlükəsizlik məkanına yalnız o çıxara bilərdi və bunu etdi. Məhz onun sayəsində bu ölkə salamat qaldı, Azərbaycan bir dövlət kimi tanındı. Xoşbəxtlikdən, bu gün Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu ikiqat qüvvə ilə davam etdirir.

A.Hamisi vurğulamışdır: “Bununla əlaqədar, Azərbaycanın dünyanın aparıcı ölkələri ilə imzaladığı “Əsrin müqaviləsi”nin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu barədə çox şey bilirəm və hesab edirəm ki, həmin müqavilənin imzalanması Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Ulu öndər Heydər Əliyevin timsalında Azərbaycan öz uzaqgörən siyasəti sayəsində dövlətçiliyin qorunub saxlanması üçün neft amilindən müdrik şəkildə istifadə etmiş və neft gəlirlərini bu sahənin inkişafına, əhalinin həyat səviyyəsinin artırılmasına yönəltmişdir”.

Misirli ədəbiyyatçı daha sonra bildirmişdir ki, o, Azərbaycan incəsənətinin pərəstişkarı və sərrafıdır. A.Hamisi deyir: “Sizin böyük və qədim xalqınızın çox zəngin yaradıcı potensialı vardır. Minilliklər boyu öz milli incəsənətini yaradan azərbaycanlıların nadir xalçaları, miniatürləri, digər incəsənət şedevrləri və analoqu olmayan muğam sənəti bütün dünyada məşhurdur. Dünyaya Üzeyir Hacıbəyli və musiqi sənətinin digər korifeylərini bəxş etmiş zəngin, bənzərsiz mədəniyyətinizlə çox yaxından tanışam. Virtuoz muğam ifaçısı Alim Qasımov isə müasir dünya incəsənətində əsl möcüzədir”.

Yazıçı Əbdürrəhman Hamisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanı dəstəklədiyini bildirərək demişdir: “Mən Azərbaycanın haqlı mövqeyini dəstəkləyirəm və ümid edirəm ki, Azərbaycan erməni işğalçılar tərəfindən tutulmuş torpaqlarını dinc yolla geri qaytara biləcəkdir. Azərbaycanlılar çox sivil xalqdır, bu isə onların sülhsevər insanlar olması deməkdir. Təəssüf ki, sizin bədxah qonşularınız Azərbaycan xalqının sülhsevər olmasından sui-istifadə etmişlər. Əfsus ki, uzun müddət Qarabağ münaqişəsi barədə bizim də məlumatımız az olmuşdur. Lakin indi vəziyyət dəyişmişdir. Azərbaycan bu münaqişənin dinc yolla tənzimlənməsi üçün beynəlxalq təşkilatlara fəal əlaqə saxlayır və bu siyasət davam etməlidir. Əminəm ki, Azərbaycan xüsusən Misir kimi ölkələrlə əməkdaşlığı möhkəmlətməli, gənclər, incəsənət xadimləri, ədəbiyyatçılar arasında mədəni mübadilə aparılmalıdır. Sizin ölkənizin bu problemə dair mövqeyini gücləndirmək üçün Azərbaycan reallıqları ilə daha yaxından tanış olmaq lazımdır. Müsəlman ölkəsi olan Misir Azərbaycanın mövqeyini dəstəkləməlidir. Ölkələrimiz arasında mədəni münasibətlər, xalqlarımız arasında dialoq çox vacibdir, çünki bu dialoq bizim münasibətlərimizin bünövrəsi, xalqlarımız arasında möhkəm dostluq körpüləri kimi xidmət edir”.

Əbdürrəhman Hamisi sonda söyləmişdir ki, atası (onun da ad-soyadı Əbdürrəhman Hamisi idi) görkəmli yazıçı və şair olmuşdur. Vaxtilə Prezident Ənvər Sadatla aralarında yaranmış fikir ayrılıqları səbəbindən Sovet İttifaqına köçüb gəlmiş Əbdürrəhman Hamisi (ata) 1978-ci ildə Bakıda olmuşdur. O, tanınmış bir şair kimi Moskva nümayəndə heyətinin tərkibində “ Ədəbiyyatların qardaşlığı - xalqların qardaşlığıdır” adlı tədbirdə iştirak etmiş və həmin tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə tanış olmuşdur. Ə.Hamisi (oğul) deyir: “O vaxt mən tələbə idim, buna görə atamla Bakıya getməmişdim, lakin heç vaxt unutmaram ki, atam bu görkəmli şəxsiyyətə valeh olmuşdu, onun haqqında çox həvəslə danışırdı. Atamın sözlərinə görə, Heydər Əliyevin erudisiyası, incəsənəti dərindən bilməsi, mədəniyyət sahəsində geniş biliklərə malik olması hamını heyran qoymuşdur. O, hərtərəfli və görkəmli şəxsiyyət idi. Atamla Bakıya getmədiyimə görə çox təəssüfləndim. İllər keçdi, mən də Heydər Əliyevlə tanış oldum, lakin təəssüf ki, bu tanışlıq onun şəxsiyyətinin miqyasını kitablar vasitəsilə öyrənmək və həmin kitabları tərcümə etmək yolu ilə gerçəkləşdi. İndi hesab edirəm ki, onu yaxından tanıyıram. Heydər Əliyev böyük liderdir, tarixdə bu cür şəxsiyyətlər 100 ildə, 200 ildə bir dəfə yaranır. Hesab edirəm ki, sizin xalqın bəxti gətirib, çünki Heydər Əliyev kimi lideriniz olub”.

Qeyd edək ki, Əbdürrəhman Hamisi Moskva Dövlət Universitetinin sənətşünaslıq fakültəsinin məzunudur. “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabını ərəb dilinə tərcümə etmişdir. Ümumiyyətlə, o, 20-yə yaxın kitabı, o cümlədən Azərbaycan xalçaları, miniatür sənəti, muğam haqqında, habelə Qarabağ haqqında “Qara bağın qar bəxti” kitabını rus dilindən ərəb dilinə tərcümə etmişdir. A.Hamisi həm də “Əbədi şəhər” romanının, 30 seriyalı populyar “Günəş quşları” teleserialının, uşaqlar və böyüklər üçün bir sıra başqa çoxseriyalı filmlərin ssenari müəllifidir.

Bir sıra ədəbi mükafat və təltiflərin laureatı olan, çoxillik əmək fəaliyyəti dövründə xalqımızın zəngin mədəni irsini öyrənmiş Əbdürrəhman Hamisi Azərbaycan-Misir münasibətlərinin dərinləşməsinin və möhkəmlənməsinin tərəfdarıdır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün 1300-dən çox namizəd rezidenturaya ikinci cəhd qəbul imtahanı verir

Özbəkistanda təbii qazın hasilatı azalıb

Türkiyədə son üç həftədə 399 meşə yanğını baş verib

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib

Azərbaycan özünün yaşıl gündəliyi ilə qlobal səylərə mühüm töhfə verməkdədir ŞƏRH

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

Avro-2024: Belçika millisi ilk qələbəsini qazanıb

Qaxa leysanla müşayiət olunan dolu düşüb

Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Bakı-Quba yolunda qəza nəticəsində 2 nəfər xəsarət alıb VİDEO

QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar

Akademik: Zəngəzur dəhlizinin astanasında bu tədbirin böyük ictimai-siyasi əhəmiyyəti var

Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib

Gürcüstanda 4,2 maqnitudalı zəlzələ olub

Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş keçirilib

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu işə başlayıb

Avro-2024: Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Çexiya millisi debütantla bacarmayıb

Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib

Dənizkənarı Bulvarda “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib - YENİLƏNİB

Beynəlxalq ekspert: Türkiyə və Azərbaycan kimi qardaş ölkələr TDT-nin verdiyi imkanlardan bəhrələnirlər – MÜSAHİBƏ

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Bakının 550 küçəsi yuyulub

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Bəxtiyar Əliyev: Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir

Azərbaycan neftçilərinin böyük əməyi olan “Vietsovpetro” şirkəti 250 milyon ton neft hasil edib

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib

Azərbaycan Dəmir Yollarının yaşıl enerjiyə keçidi

Abşeron rayonunda şəhid ailələri ilə görüş keçirilib

Astanada çoxmərtəbəli binada yanğın baş verib VİDEO

QHGT-nin İqlim Fəaliyyəti forumunda gənclər iqlim dəyişikliyinin onların gündəlik həyatına təsirlərini təhlil ediblər

Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib

Mbappe Avropa çempionatı zamanı yoxlama oyununda iştirak edə bilər

Yaponiyanın məşhur avtomobil brendi elektromobil alışının artmasına görə Çindəki istehsalını azaldır

Tailand əcnəbi turistlər üçün pulsuz sığortanın müddətini uzadıb

Kitab karvanı ilə nağıllar dünyasına səyahət - Respublika Uşaq Kitabxanasından REPORTAJ

Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər

Corc Vaşinqton Universitetinin məzunu: Azərbaycan təhsilində yaradılmış texnoloji həlləri qlobal bazara çıxarmağı planlaşdırırıq - MÜSAHİBƏ

Qəbələdə FHN-in Şimal-qərb Regional Mərkəzi yanğınlar zamanı davranış qaydaları ilə bağlı təlim keçirib 

® Nurlana Miabi: Kosmetologiyada 2024-cü ilin trendi təbii gözəllikdir

Avro-2024: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

Özbəkistanda qızlar üçün texnologiya proqramının növbəti mərhələsi keçirilib

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər VİDEO

Qazaxıstanda deltaplan qəzaya uğrayıb, bir nəfər həlak olub

Fransanın dənizaşırı departamenti Mayottada vəba xəstələrinin sayı 200-ə yaxınlaşıb

Gürcüstan futbolunun əfsanəsi: Türkiyə millisi bizdən yaxşı oynadı və iki möhtəşəm qol vurdu

Faktiki hava: Hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Yardımlıda arabir leysan yağır

Haker qrupu Britaniyanın Milli Səhiyyə Xidmətinin serverlərini “sındırıb”

Meltem Buyuran: Azərbaycanın hər guşəsi ilham mənbəyidir – MÜSAHİBƏ

Çində həsirçilik sənətinin tarixi mərkəzi - Sinhı FOTOSESSİYA

Rahid Əmirquliyev: İnanıram ki, “Sabah” “Makkabi”dən “Xəzər Lənkəran”ın qisasını alacaq

Floridada “Türksat 6A” peykinin sınaqları davam edir

İsveç evdə doğuş praktikasını tətbiq edir

Aralıq dənizində 34 miqrantın cəsədi tapılıb

Dövlət Neft Fondu və Mətbuat Şurası jurnalistlər üçün birgə müsabiqə elan edib

Türkiyə millisinin baş məşqçisi: Portuqaliyalı futbolçuları topsuz qoymaqla onlara çətinlik yarada bilərik

Sabah hava necə olacaq?

Moskvanın ən yaxşı stomatoloq-cərrahlarının siyahısına azərbaycanlı başçılıq edib

Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı 1081 apellyasiya müraciəti olub

“Şerif”in sabiq baş məşqçisi: “Zirə” keyfiyyətli oyun nümayiş etdirir

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin Siyahısı iki dəfədən çox genişləndirilib

Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı dayandırılıb

Paytaxtda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

“Euronews”: “Gamesummit 2024” Bakını oyun sənayesi xəritəsində yerləşdirib

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Sankt-Peterburqda beynəlxalq forumda iştirak edib

Çin dünyada ilk termonüvə reaktorunu yaradıb

Azərbaycan millisinin hücumçusu: Fernandu Santuş yığmaya güclü oyun fəlsəfəsi gətirəcək

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Balkanlarda böyük elektrik enerjisi kəsintisi baş verib

Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Göylərin qəhrəmanları ilə yerdə ünsiyyət: Vətən səması əmin əllərdədir FOTOLAR VİDEO

“Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 500 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Hərbi İdarəetmə İnstitutunun xarici dil mərkəzində buraxılış mərasimi keçirilib

“Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qazaxıstanda V Ümumdünya Köçəri Oyunları UNESCO-nun himayəsi altında keçiriləcək

Bu gün paytaxt üzrə 3070 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub

Xəzər dənizində zəlzələ olub

Avro-2024: Türkiyə və Portuqaliya yığmaları onuncu dəfə qarşılaşacaq

Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sel səbəbindən avtomobildə təhlükəli vəziyyətdə qalan 3 nəfər xilas edilib VİDEO

Alimlər məməlilərin beyninin təkamülündə yeni detalları üzə çıxarıb

Şamaxıda QHGT-nin milli bölmələrinin iştirakı ilə mədəniyyətlərarası mübadilə tədbiri keçirilib

Füzulidə 3 tondan artıq çətənə bitkisi yandırılıb

FHN: Ötən sutka ərzində 73 halda yanğına çıxış olub, 11 nəfər xilas edilib

DİN: Ötən gün 118, 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub

Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalı bədii hissə ilə davam edib

Bu il Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib

Fövqəladə Hallar Nazirliyi Gəncədə qanunsuz tikinti işlərinin qarşısını alıb VİDEO

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb