ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
İyulun 16-da ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburq baş nazirinin müavini, xarici işlər naziri xanım Lidi Polferin başçılıq etdiyi nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Dünya birliyinə sıx inteqrasiya yolunu tutmuş Azərbaycanda dövlət başçısı cənab Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində əldə edilmiş nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verən ədliyyə naziri ölkəmizdə insan hüquqlarının təmin edilməsi üzrə həyata keçirilən tədbirləri, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil məhkəmə hakimiyyətinin yaradılmasını xüsusi vurğulamışdır.
O, milli qanunvericiliyimizin demokratik və humanist dəyərlər baxımından daim təkmilləşdirildiyini, demokratik proseslərin ictimai həyatın müxtəlif tərəflərini əhatə etdiyini bildirmiş, bu sahədə Avropa Şurası ilə səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.
Ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzrə görülən tədbirləri təqdirəlayiq qiymətləndirən xanım L.Polfer aparılan məhkəmə-hüquq islahatının nəticələrini yüksək dəyərləndirərək, Azərbaycanın bu sahədə təcrübəsinin yayılmasının əhəmiyyətini vurğulamış, məhkəmə fəaliyyəti ilə bağlı əməkdaşlıq üzrə konkret təkliflərlə çıxış etmiş, onları maraqlandıran suallara verilmiş ətraflı cavablara görə minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]