ELM VƏ TƏHSİL
Elektron “Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi aparılmışdır
Bakı, 23 oktyabr (AZƏRTAC). Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “İngilis dili”, “Ədəbiyyat”, “Fransız dili”, “Alman dili”, “Fiziki tərbiyə”, “Fizika”, “Rus dili”, “Rus dili” (təlim Azərbaycan dilində olan məktəblər üçün) dərslik dəstlərinin birinci yarım il üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər elektron “Dərslik portalı”nda yerləşdiriləcəkdir.