SİYASƏT
ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALANMIŞDIR
Görüşdə Azərbaycan və Tatarıstan Ombudsman təsisatları arasında təcrübə mübadiləsi, davamlı əməkdaşlığın qurulması və inkişafı istiqamətində müzakirələr aparılmışdır. Ombudsman Elmira Süleymanova gələcək planlardan söz açmış, Rəşit Vaqizovu BMT-nin İnkişaf Fondunun dəstəyi ilə MDB və Şərqi Avropa ölkələri ombudsmanları üçün noyabrda Bakıda keçiriləcək “dəyirmi masa”ya dəvət etmişdir.
Tatarıstan ombudsmanı Rəşit Vaqizov təsisatları haqqında geniş məlumat vermiş, 2004-cü ildə Kazan şəhərində Avropanın bütün ombudsmanlarının iştirakı ilə “Milli azlıqların hüquqları” mövzusunda konfrans keçirməyə hazırlaşdıqlarını bildirmişdir. O, Azərbaycanın Ombudsman təsisatı ilə əməkdaşlığın səmərəliliyinə ümidlər bəslədiyini qeyd etmişdir.
Sonda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Tatarıstan Respublikasının ombudsmanı Rəşit Vaqizov əməkdaşlıq haqqında saziş imzalamışlar.